Icma.az
close
up
RU
Qazaxıstan mediası Azərbaycan Prezidentinin Davosda çıxışları barədə materiallar dərc edir

Qazaxıstan mediası Azərbaycan Prezidentinin Davosda çıxışları barədə materiallar dərc edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan mediası Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində çıxışlarını işıqlandırır.

AZƏRTAC xəbər verir ki, “Kazinform” agentliyi Prezident İlham Əliyevin Bakı və İrəvanın çoxillik münaqişə səhifəsini bağlamaq və dayanıqlı sülhə keçmək üzrə tarixi qərar qəbul etdikləri barədə sözlərini sitat gətirir.

Materialda qeyd olunur ki, Azərbaycanın dövlət başçısı beynəlxalq institutların uzun illər ərzində qəbul olunmuş qərarların yerinə yetirilməsini təmin edə bilmədiyini vurğulayıb. Xüsusilə, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən BMT-nin dörd qətnaməsini reallaşdırmaq mümkün olmayıb. Agentlik Prezident İlham Əliyevin sözlərini sitat gətirir: “Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu... Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

“Nur.kz” saytı Azərbaycan Prezidentinin “Euronews” telekanalına verdiyi müsahibədən sitatlar dərc edib. Müsahibədə dövlətimizin başçısı Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edir. Azərbaycan Prezidentinin sözləri təqdim olunur: “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”.

“Inbusiness.kz” saytı Prezidentin Qazaxıstandan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətlərin artıq aradan qaldırıldığı barədə bəyanatını təqdim edir. Nəşr Azərbaycanın dövlət başçısının sözlərini sitat gətirir: “Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq”.

“Ulysmedia.kz” qeyd edir ki, Prezident İlham Əliyevin sözlərinə görə, beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri müsbət nəticələr verərsə, Azərbaycanda ikinci əhəmiyyətli neft bumunun baş vermə ehtimalına dair əsaslı ümidlər var.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri