Qazaxıstan Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək…
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 24 may, AZƏRTAC Bu ilin iyun ayından Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək.AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, elektron növbə sistemi ilkin olaraq “Kaplanbek” (KR) – “Nəvai” (ÖR) gömrük postunda işə salınacaq.Özbəkistan Gömrük Komitəsinin məlumatına görə, bu addım 2030-cu ilə qədər iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağa imkan verəcək.Bu ilin yanvar-aprel aylarında Qazaxıstan ilə Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 1,4 milyard dollara yaxınlaşıb.Bundan əvvəl Qazaxıstan və Özbəkistanın qarşılıqlı ticarətin həcmini artırmaq üçün 4 əlavə ticarət dəhlizi açmağı planlaşdırdığı bildirilirdi.
Elşən RüstəmovAZƏRTAC-ın xüsusi müxbiriAstana Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu