Qazaxıstan Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 24 may, AZƏRTAC
Bu ilin iyun ayından Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, elektron növbə sistemi ilkin olaraq “Kaplanbek” (KR) – “Nəvai” (ÖR) gömrük postunda işə salınacaq.
Özbəkistan Gömrük Komitəsinin məlumatına görə, bu addım 2030-cu ilə qədər iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağa imkan verəcək.
Bu ilin yanvar-aprel aylarında Qazaxıstan ilə Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 1,4 milyard dollara yaxınlaşıb.
Bundan əvvəl Qazaxıstan və Özbəkistanın qarşılıqlı ticarətin həcmini artırmaq üçün 4 əlavə ticarət dəhlizi açmağı planlaşdırdığı bildirilirdi.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

