Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, AZƏRTAC Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin neft-qaz sənayesinin 125 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirib ki, neft və qaz qazax xalqının milli sərvətidir.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, müstəqillik illərində neft hasilatının dörd dəfə artığını diqqətə çatdıran Tokayev əlavə edib: “Atırau Neft Emalı Zavodu 80 il əvvəl istifadəyə verilib.
Çimkənd Neft Emalı Zavodunun kollektivi 40, “QazaqQaz” milli şirkəti isə dörddəbir əsrlik yubileylərini qeyd edir.
Şübhəsiz ki, bu əlamətdar tarixlər neft-qaz sənayesinin ölkə üçün əhəmiyyətini əyani şəkildə nümayiş etdirir.
Bildiyiniz kimi, neft və qaz bizim strateji əhəmiyyətli ehtiyatımızdır.
Neft sənayesi Qazaxıstanın iqtisadi artımını və rifahını müəyyən edir. Müstəqillik illərində biz “qara qızıl”ın dəyərini tam hiss etdik.
Hazırda bu sənaye dinamik inkişaf edir. Qazaxıstan qlobal neft bazarında lider mövqe tutur, ölkədə neft hasilatı 4 dəfə artıb və tezliklə il