Icma.az
close
up
RU
Qazaxıstan Prezidenti: Müstəqillik illərində neft hasilatı dörd dəfə artıb

Qazaxıstan Prezidenti: Müstəqillik illərində neft hasilatı dörd dəfə artıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin neft-qaz sənayesinin 125 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirib ki, neft və qaz qazax xalqının milli sərvətidir.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, müstəqillik illərində neft hasilatının dörd dəfə artığını diqqətə çatdıran Tokayev əlavə edib: “Atırau Neft Emalı Zavodu 80 il əvvəl istifadəyə verilib. Çimkənd Neft Emalı Zavodunun kollektivi 40, “QazaqQaz” milli şirkəti isə dörddəbir əsrlik yubileylərini qeyd edir. Şübhəsiz ki, bu əlamətdar tarixlər neft-qaz sənayesinin ölkə üçün əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. Bildiyiniz kimi, neft və qaz bizim strateji əhəmiyyətli ehtiyatımızdır. Neft sənayesi Qazaxıstanın iqtisadi artımını və rifahını müəyyən edir. Müstəqillik illərində biz “qara qızıl”ın dəyərini tam hiss etdik. Hazırda bu sənaye dinamik inkişaf edir. Qazaxıstan qlobal neft bazarında lider mövqe tutur, ölkədə neft hasilatı 4 dəfə artıb və tezliklə ildə 100 milyon tona çatacaq”.

Qazaxıstanın dövlət başçısı vurğulayıb ki, Atırau, Pavlodar və Çimkənddə üç böyük neft emalı zavodu modernləşdirilib ki, bu da daxili bazarı yüksəkkeyfiyyətli yanacaq-sürtgü materialları ilə tam təmin etməyə imkan verib. O vurğulayıb: “Məqsədyönlü işlər sayəsində 13 milyona yaxın insan təbii qazla təmin olunub. Bu gün bu sahədə misli görünməmiş irimiqyaslı layihələr həyata keçirilir. Kaşaqanda yeni qaz emalı zavodu və Beyneu-Bozoy-Çimkənd qaz kəmərinin ikinci xətti tikilir. Biz həmçinin yüksək əlavə dəyəri olan məhsulların istehsalına başlamışıq, 20 minə yaxın iş yeri yaradacaq iri neft-kimya layihələrinin reallaşdırılması planlaşdırılır. Onların arasında mühüm yer xarici investorlarla birgə tikilən Polietilen zavoduna məxsusdur. Bu layihəyə qoyulan investisiyaların həcmi 7 milyard dolları ötür. “Kəlamkas-dəniz” və “Xəzər” kimi iri dəniz yataqlarının işlənməsi 6 milyard dollardan çox investisiya həcmi ilə başlayır. Dəniz platformalarının tikintisi yerli gəmiqayırma zavodlarında həyata keçiriləcək ki, bu da Qazaxıstanın neft-qaz sənayesi üçün böyük hadisə olacaq. Bütün bu layihələr enerji potensialının gücləndirilməsinə və ölkə iqtisadiyyatının bütün vətəndaşların mənafeyi naminə mütərəqqi artımına töhfə verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri