Icma.az, Bizim media saytına istinadən bildirir. “Qazaxıstanın və Azərbaycanın rəhbərləri strateji əməkdaşlıq və təhsil sahəsində çox dəqiq
Elm bu vacib sahələrdən biridir və biz bu sahədə çox irəliləyiş əldə etmişik.
Hər il azərbaycanlı tələbələrin Qazaxıstanda təhsil alması üçün 12 tam təqaüd təqdim edirik.
Elm və təhsil sahəsində iki ölkə arasında imzalanan yeni saziş mübadilə, birgə elmi tədqiqatlar və nəşrləri özündə ehtiva edir”.Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek deyib.O bildirib ki, hazırda Qazaxıstanda 222 nəfər Azərbaycan vətəndaşı təhsil alır: “Azərbaycanda isə təxminən 80 qazaxıstanlı tələbə təhsil alır.
Bizim hədəflərimiz arasında ilk olaraq tələbə mübadiləsi dayanır. Qazaxıstanda hazırda çox sayda xarici universitetin filialları açılır.
Britaniya, fransız, alman, italyan, Amerika və Çin universitetlərinin ümumilikdə təxminən 37 filialı fəaliyyət göstərir.
Bakıda keçirilən təhsil sərgisində isə 22 universitetimiz bütün tərəfdaşları ilə birgə təmsil olunur.
Ümid edirik ki, azərbaycanlı tələbələrdən böyük maraq olacaq və onlar bizdə təhsil almaq üçün müraciət edəcəklər.