Icma.az
close
up
RU
Qazaxıstan Qarabağ Universitetinə 15 müəllim göndərəcək İngilis dilində dərs deyəcəklər FOTO

Qazaxıstan Qarabağ Universitetinə 15 müəllim göndərəcək İngilis dilində dərs deyəcəklər FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Qazaxıstanın və Azərbaycanın rəhbərləri strateji əməkdaşlıq və təhsil sahəsində çox dəqiq istiqamətlər müəyyən ediblər. Elm bu vacib sahələrdən biridir və biz bu sahədə çox irəliləyiş əldə etmişik. Hər il azərbaycanlı tələbələrin Qazaxıstanda təhsil alması üçün 12 tam təqaüd təqdim edirik. Elm və təhsil sahəsində iki ölkə arasında imzalanan yeni saziş mübadilə, birgə elmi tədqiqatlar və nəşrləri özündə ehtiva edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek deyib.
O bildirib ki, hazırda Qazaxıstanda 222 nəfər Azərbaycan vətəndaşı təhsil alır: “Azərbaycanda isə təxminən 80 qazaxıstanlı tələbə təhsil alır. Bizim hədəflərimiz arasında ilk olaraq tələbə mübadiləsi dayanır. Qazaxıstanda hazırda çox sayda xarici universitetin filialları açılır. Britaniya, fransız, alman, italyan, Amerika və Çin universitetlərinin ümumilikdə təxminən 37 filialı fəaliyyət göstərir. Bakıda keçirilən təhsil sərgisində isə 22 universitetimiz bütün tərəfdaşları ilə birgə təmsil olunur. Ümid edirik ki, azərbaycanlı tələbələrdən böyük maraq olacaq və onlar bizdə təhsil almaq üçün müraciət edəcəklər. Xüsusilə, hər il Qazaxıstan hökuməti xarici tələbələr üçün ümumilikdə 550 tam təqaüd ayırır”.
Sayasat Nurbek Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə birgə elmi qrant proqramının yaradılmasını müzakirə etdiklərini qeyd edib: “Bu proqrama hər iki ölkənin alimləri birgə tədqiqatlar aparmaq üçün müraciət edə bilərlər. Qrant proqramının idarə edilməsi və maliyyə vəsaitlərinin ayrılması Qazaxıstan Elm Fondu tərəfindən həyata keçiriləcək.
Bir çox mühüm aspektlərdən biri isə Qarabağ Universitetinə dəstək verməkdir. Biz bu münasibətləri sadəcə strateji əməkdaşlıq və qardaş ölkə kimi deyil, həm də Türk dünyasının bir hissəsi olaraq qiymətləndiririk. Qarabağ Universitetinə azı 10-15 ən yaxşı müəllim göndərəcəyik. Bu müəllimlər ingilis dilində dərs deyəcək və onlar riyaziyyat, biologiya, kimya, süni intellekt, kompüter mühəndisliyi sahələrində ən yaxşı mütəxəssislərimiz olacaq. Bununla yanaşı, Qarabağda təhsil almaq üçün xüsusi təqaüd proqramı yaratmaq üzərində işləyirik. Bu proqramla regionumuzdan olan tələbələr Qarabağda təhsil ala biləcəklər”.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Mart 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri