Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astana, 4 iyun, AZƏRTAC
Qazaxıstanın Aktobe vilayətinin Alqa şəhərində Qazaxıstanın Milli Rəmzlər Günü münasibətilə yeni ictimai məkan - Müstəqillik xiyabanı açılıb.
AZƏRTAC Aktobe vilayət administrasiyasına istinadla xəbər verir ki, xiyabanın mərkəzində 35 metr hündürlüyündə bayraq dirəyi quraşdırılıb.
Layihə çərçivəsində xiyabanın ərazisi abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar və piyada yolları yerləşdirilib.
Açılış mərasimində şəhər sakinləri Dövlət bayrağının təntənəli şəkildə qaldırılmasının şahidi olublar və Qazaxıstanın Dövlət himnini ifa ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana