Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Astana, 4 iyun, AZƏRTAC
Qazaxıstanın Aktobe vilayətinin Alqa şəhərində Qazaxıstanın Milli Rəmzlər Günü münasibətilə yeni ictimai məkan - Müstəqillik xiyabanı açılıb.
AZƏRTAC Aktobe vilayət administrasiyasına istinadla xəbər verir ki, xiyabanın mərkəzində 35 metr hündürlüyündə bayraq dirəyi quraşdırılıb.
Layihə çərçivəsində xiyabanın ərazisi abadlaşdırılıb, müasir işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar və piyada yolları yerləşdirilib.
Açılış mərasimində şəhər sakinləri Dövlət bayrağının təntənəli şəkildə qaldırılmasının şahidi olublar və Qazaxıstanın Dövlət himnini ifa ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Qazaxıstanda Müstəqillik günü qeyd olunur AZƏRTAC
16 Dekabr 2024 15:40
35 illik müstəqillik: Azərbaycan nələr qazandı?
18 Oktyabr 2026 12:52
“Müstəqillik Bəyannaməsi 35” adlı tədbir keçirilib FOTOLAR
02 Sentyabr 2026 17:48
Ortaq tarixdən strateji tərəfdaşlığa: 35 il müstəqillik naminə
08 Oktyabr 2026 20:42
AQEM in Qazaxıstanda yeni qərargahı açılıb
03 İyul 2025 14:32
Baxış sayı:122
Bu xəbər 04 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















