Qazaxıstanla Azərbaycan əməkdaşlıq üçün böyük potensiala malikdirlər İqtisadiyyat Nazirliy…
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. Qazaxıstan və Azərbaycan informasiya texnologiyaları və süni intellekt sahəsində əməkdaşl
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin Sahibkarlığın müdaf
"Azərbaycan və Qazaxıstan arasında IT texnologiyaları sahəsində əməkdaşlıq üçün həqiqətən böyük potensial var.
Bu istiqamətdə xeyli iş görülür", - deyə Meyrbekov qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan qarşıdakı üç il ərzində süni intellekti iqtisadiyyatın bütün sahələrinə tətbiq etməyi planlaşdırır.
Meyrbekov xatırladıb ki, ölkədə Alem.AI Süni İntellekt Mərkəzi yaradılıb və Qazaxıstan Prezidenti yanında Süni İntellekt Şurası formalaşdırılıb.
"Şuraya dünyanın müxtəlif ölkələrindən ekspertlər daxildir və bütün bunlar süni intellekt sahəsində təşəbbüslərin reallaşdırılması üçün əsas yaradır", - deyə nazirlik nümayəndəsi bildirib.
O, həmçinin qeyd edib ki, Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük superkompüteri istifadəyə verilib.
Tam oxu
Xəbəri oxu