Icma.az
close
up
RU
Qazaxıstanla Azərbaycan əməkdaşlıq üçün böyük potensiala malikdirlər İqtisadiyyat Nazirliyi

Qazaxıstanla Azərbaycan əməkdaşlıq üçün böyük potensiala malikdirlər İqtisadiyyat Nazirliyi

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Qazaxıstan və Azərbaycan informasiya texnologiyaları və süni intellekt sahəsində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin Sahibkarlığın müdafiəsi və inkişafı idarəsinin rəis müavini Daniyar Meyrbekov bildirib.

"Azərbaycan və Qazaxıstan arasında IT texnologiyaları sahəsində əməkdaşlıq üçün həqiqətən böyük potensial var. Bu istiqamətdə xeyli iş görülür", - deyə Meyrbekov qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan qarşıdakı üç il ərzində süni intellekti iqtisadiyyatın bütün sahələrinə tətbiq etməyi planlaşdırır. Meyrbekov xatırladıb ki, ölkədə Alem.AI Süni İntellekt Mərkəzi yaradılıb və Qazaxıstan Prezidenti yanında Süni İntellekt Şurası formalaşdırılıb.

"Şuraya dünyanın müxtəlif ölkələrindən ekspertlər daxildir və bütün bunlar süni intellekt sahəsində təşəbbüslərin reallaşdırılması üçün əsas yaradır", - deyə nazirlik nümayəndəsi bildirib.

O, həmçinin qeyd edib ki, Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük superkompüteri istifadəyə verilib.

"Onun bazasında "KAZ LLM" adlı Qazax dili modeli hazırlanır.Bütün bu addımlar süni intellektin inkişaf üçün düzgün istifadəsinə yönəlib", - deyə Meyrbekov əlavə edib.

Onun sözlərinə görə, kadr hazırlığına xüsusi diqqət yetirilir.

"12-18 yaş arası gənclər üçün süni intellekt üzrə tədris proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində video montajda süni intellektin istifadəsi öyrədilir. Daha sonra bu gənclər ali təhsillərini davam etdirə, beynəlxalq böyük texnologiya şirkətləri ilə birgə elmi-tədqiqat laboratoriyalarında potensiallarını reallaşdıra bilərlər", - deyə o izah edib.

İkitərəfli əməkdaşlıq perspektivlərindən danışan Meyrbekov dil modellərinin yaradılması sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

"Mən "KAZ LLM" haqqında danışdım. Ölkələrimizin oxşar dil qrupuna mənsub olduğunu nəzərə alaraq, bu təcrübəni Azərbaycan dili, eləcə də digər türk dilləri üçün oxşar modelin yaradılmasında istifadə etmək olar", - deyə o qeyd edib.

Bundan əlavə, o vurğulayıb ki, dövlət rəqəmsal xidmətləri sahəsində də əhəmiyyətli perspektivlər mövcuddur.

"Bu istiqamətdə hər iki ölkə uğurla irəliləyir. Azərbaycanda vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə ASAN Xidmət mövcuddur. Bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün potensial görürəm", - deyə Meyrbekov sözlərini yekunlaşdırıb.
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Oktyabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri