Qazilər ərik ağaclarıdır Vətən bağında | Icma.az
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bar(ıt)ları qurtardığından salam verən yoxdur “Bir ceviz ağacıyam Gülhanə parkında.
Nə sən bunun fərqindəsən, nə polis fərqində” Nazim Hikmət Nazirlər Kabineti Prezidentin 23.12.2024-cü il tarixli Fərmanına “ikiqat” müddətdə əməl edib, 6 aydan sonra təqaüd, müavinətlərlə bağlı təkliflərini verib.
Di gəl, müddətdən fərqli olaraq, artımlar ikiqat yox, 10-20 faiz arasında, hətta sıfır olub.
Ən çox danışılan, daha çox manipulyasiya predmetinə çevrilən 80 manatlıq “veteran pulu” artımlarının 0 faiz olması, elə bil, “qurbağa gölünə daş atıb”.
Daha nə sosial deputatların, nə də hökumətin səsi çıxır. Belə görünür, Azərbaycanın savaş veteranları Vətən bağında ərik ağacları imiş.
Nə qədər ki, barları-barıtları vardı, dövlət (başçısı) də qiymət-salam verirdi, millət (məclisi) də.
Barları-barıtları qurtardığından indi salamverən, qiymətləndirən yoxdur.
Tam oxu
Xəbəri oxu