Icma.az
close
up
RU
Qazilər ərik ağaclarıdır Vətən bağında

Qazilər ərik ağaclarıdır Vətən bağında

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bar(ıt)ları qurtardığından salam verən yoxdur

“Bir ceviz ağacıyam Gülhanə parkında.

Nə sən bunun fərqindəsən, nə polis fərqində”

Nazim Hikmət

Nazirlər Kabineti Prezidentin 23.12.2024-cü il tarixli Fərmanına “ikiqat” müddətdə əməl edib, 6 aydan sonra təqaüd, müavinətlərlə bağlı təkliflərini verib. Di gəl, müddətdən fərqli olaraq, artımlar ikiqat yox, 10-20 faiz arasında, hətta sıfır olub.

Ən çox danışılan, daha çox manipulyasiya predmetinə çevrilən 80 manatlıq “veteran pulu” artımlarının 0 faiz olması, elə bil, “qurbağa gölünə daş atıb”. Daha nə sosial deputatların, nə də hökumətin səsi çıxır. Belə görünür, Azərbaycanın savaş veteranları Vətən bağında ərik ağacları imiş. Nə qədər ki, barları-barıtları vardı, dövlət (başçısı) də qiymət-salam verirdi, millət (məclisi) də. Barları-barıtları qurtardığından indi salamverən, qiymətləndirən yoxdur. Eldə deyildiyi kimi, bağda ərik var idi, salamməlik var idi; bağdan ərik qurtardı, salamməlik qurtardı.

Qazilərə “salamdan imtina” elə 8 Noyabr 2020-ci ilin ZƏFƏRindən sonrakı aydan başlayır. “Sosial” hökumət başbilənləri Prezidentə 29.12.2020 -ci il tarixli fərmanla qazilərin, şəhid ailələrinin pensiyalarına əlavəni nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinin ləğvinə imza atdırdılar; 23.12.2021-ci il tarixli Prezident Fərmanı ilə hərbçilərin vəzifə maaşlarına müəyyən olunan 20 faizlik əlavə qazi və şəhid ailələrinin pensiyalarının 20 faiz artımla hesablanmasına gətirmədi ki, ŞƏHİD, ƏLİLİN “BARITI QURTARIB”, DÖVLƏTƏ SIĞORTA-“QANHAQQI” ÖDƏMİR. (?) Şəhiddən qanpulu tələbi isə 05.11.2022-ci ildə Milli Məclisdə aktlaşdırıldı, “Əmək pensiyaları haqqında” qanunun 29.2 -ci  qazi, şəhidlərin tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyinin artmasına uyğun pensiyalarının artması maddəsi ləğv olundu. Axı ŞƏHİD DAHA DÖVLƏTƏ QANHAQQI-MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMİR!(?)

Müharibə veteranlarının 80 manatına sıfır artım ayıranlar, heç olmasa, onların işlə, torpaqla, sosial infrastrukturla sıfır vergi ilə təmin olunmalarına, işləyənlərin əmək haqqının vergiyə cəlb olunmayan məbləğini artırmağa diqqət etsinlər. Qazilərə ərik ağacları kimi baxmaq yanlışdır, onlar Vətənin qədir ağaclarıdır, qazilərin qədrini bilin!

Məğrur BƏDƏLSOY

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri