Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında xal fərqi azdı. Transferlərə də ehtiyacları var.
Bu yöndə “Qəbələ” daha cəld tərpənir. “Qırmızı-qaralar” artıq iki legioner gətirib.
“Kəpəz” isə əsas futbolçularından biri Cefferson Bentunu itirdi, əvəzində bir legioner, iki yerli futbolçu ilə anlaşdı.Bəs bu komandalar “transfer pəncərəsi” bağlanana qədər yenə transfer edəcəkmi?
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli transferin ola biləcəyini dedi.
O, bir legioner futbolçunun gəlmək ehtimalının da olduğunu vurğuladı.
“Kəpəz”in Media və Marketinq departamentinin rəhbəri Gəray Qiyasov isə danışıqlar getsə də, konkret heç nə olmadığını, iki gün sonra dəqiq məlumat verəcəyini bildirdi.
MÜZƏFFƏR QULUZADƏ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.