“Qəbələ” ilə “Kəpəz”dən transfer gözləyək? klublardan açıqlama
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında xal fərqi azdı. Transferlərə də ehtiyacları var. Bu yöndə “Qəbələ” daha cəld tərpənir. “Qırmızı-qaralar” artıq iki legioner gətirib. “Kəpəz” isə əsas futbolçularından biri Cefferson Bentunu itirdi, əvəzində bir legioner, iki yerli futbolçu ilə anlaşdı.
Bəs bu komandalar “transfer pəncərəsi” bağlanana qədər yenə transfer edəcəkmi?
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli transferin ola biləcəyini dedi. O, bir legioner futbolçunun gəlmək ehtimalının da olduğunu vurğuladı. “Kəpəz”in Media və Marketinq departamentinin rəhbəri Gəray Qiyasov isə danışıqlar getsə də, konkret heç nə olmadığını, iki gün sonra dəqiq məlumat verəcəyini bildirdi.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















