Qəbələdə fındıq bağında narkoplantasiya aşkarlandı

25.08.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov  saxlanılıb.

Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub.

N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью