Qəbələdə fındıq bağında narkoplantasiya aşkarlandı
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb.
Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub.
N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Qəbələdə Fındıq bağında çətənə yetişdirən şəxs belə saxlanıldı ANBAAN VİDEO
25 Avqust 2025 09:26
Zaqatalada fındıq bağında meyit tapıldı
15 Sentyabr 2025 22:51
Yığmamız qəbələdə
11 Noyabr 2024 23:10
Qəbələdə görüş
13 Noyabr 2024 17:08
Qəbələdə “Opel” yandı
28 Mart 2025 23:17

