Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. Ölkəmizin futbol yığması bu gün Millətlər Liqasının C liqasında növbəti oyununu keçirəcə
Millətlər Liqasıqrup mərhələsi, 5-ci turAzərbaycan – EstoniyaHakimlər: CON BİTON, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid.16 noyabr
Qəbələ, şəhər stadionu. Saat 18.00.Məlum olduğu kimi, millimiz Estoniyayla 3-cü tur matçında da qarşılaşdı.
Hələ həmin oyundan əvvəl dərc etdiyimiz afişada bildirmişdik ki, estonlar qrupda arxayınlıqla məğlub edə biləcəyimiz yeganə rəqibdi.
Yığmamız oktyabrın 11-də bu komandanın meydanından məğlub ayrılmaqla (1:3) hər kəsi yanıldı.
Bu üzdən indi həmin arxayınlığın yerini ciddi narahatlıq alıb.Təbii ki, millimizə güvənməli, “doğma divarlar” arasında layiqli oyun göstərərək Millətlər Liqasının yeni mövsümündəki ilk qələbəsini qazanacağına ümid etməliyik.
Düzü, başqa yol da yoxdu. Amma narahatlığımız səbəbsiz deyil.
Bəli, oyun ölkəmizin gözəl təbiətlə yanaşı, demək olar ki, qüsursuz infrastruktura malik bölgəsində, yəni Qəbələdə keçirilir.