Icma.az
close
up
RU
Qəbələdə ilk oyun: qələbədən başqa yol yoxdu!

Qəbələdə ilk oyun: qələbədən başqa yol yoxdu!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ölkəmizin futbol yığması bu gün Millətlər Liqasının C liqasında növbəti oyununu keçirəcək.
Millətlər Liqası
qrup mərhələsi, 5-ci tur
Azərbaycan – Estoniya
Hakimlər: CON BİTON, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid.
16 noyabr. Qəbələ, şəhər stadionu. Saat 18.00.
Məlum olduğu kimi, millimiz Estoniyayla 3-cü tur matçında da qarşılaşdı. Hələ həmin oyundan əvvəl dərc etdiyimiz afişada bildirmişdik ki, estonlar qrupda arxayınlıqla məğlub edə biləcəyimiz yeganə rəqibdi. Yığmamız oktyabrın 11-də bu komandanın meydanından məğlub ayrılmaqla (1:3) hər kəsi yanıldı. Bu üzdən indi həmin arxayınlığın yerini ciddi narahatlıq alıb.
Təbii ki, millimizə güvənməli, “doğma divarlar” arasında layiqli oyun göstərərək Millətlər Liqasının yeni mövsümündəki ilk qələbəsini qazanacağına ümid etməliyik. Düzü, başqa yol da yoxdu. Amma narahatlığımız səbəbsiz deyil. Bəli, oyun ölkəmizin gözəl təbiətlə yanaşı, demək olar ki, qüsursuz infrastruktura malik bölgəsində, yəni Qəbələdə keçirilir. Özü də ilk dəfə! Deməli, bu məqam bizi sevindirməli və qələbəyə olan ümidlərimizi artırmalıdı. Lakin arenada olan uyğunsuzluqlar üzündən satışa cəmi 1800 biletin çıxarılması azarkeş dəstəyiylə bağlı üstünlüyü xeyli azaldır ki, bu da gözləntilərə təsirsiz ötüşmür.
Növbəti məqam isə Emin Mahmudovun və Rüstəm Əhmədzadənin zədəli, Slovakiyayla qarşılaşmada qırmızı vərəqə alan Mahir Emrelinin cəzalı olmasıdı. Belədə hücum epizodlarında “dişsiz” görünə bilərik. Deməli, Ozancan Kökçü, Ramil Şeydayev, Musa Qurbanlı və Nəriman Axundzadəylə yanaşı, yarımmüdafiəçilər də, hətta arxa xətt oyunçuları belə qol vurmaq üçün alışıb-yanmalıdı. Ona görə ki, millimizə heç-heçə də sərf etmir. Amal yalnız qələbə olmalıdı! Bunun üçün lazımi anda hücum etmək və müdafiə olunmaq kimi taktiki-texniki balans qorunmalıdı ki, Fernando Santuşun ən düzgün seçimi etməkdən başqa çarəsi yoxdu. O, Emini İsmayıl Zülfüqarlı, Rüstəmi isə Musa Qurbanlıyla əvəzlədi. Yəqin ki, kapitan sarğısını kimin daşıyacağıyla bağlı qərarı da xeyli götür-qoy edəcək.
Hər halda, yığma noyabrın 12-dən bəri Qəbələdədi və oyuna yaxşı hazırlaşıb. Bəs estonların durumu necədi? Düzdü, komanda millimizi məğlub edəndən sonra özünəinam qazanıb. Lakin bir qələbəylə D liqasına yuvarlanmaqdan xilas ola bilməyəcəklərinin fərqindədilər. Məhz bu üzdən ölkəmizə növbəti dəfə 3 xal qazanmaq və ya ən azı heç-heçə üçün gəliblər.
Xatırladaq ki, turun digər matçında İsveç Slovakiyanı qəbul edəcək. Həmin matçın start fiti saat 23.45-də səslənəcək.
1. İsveç 4 3 1 0 11-3 10
2. Slovakiya 4 3 1 0 8-3 10
3. Estoniya 4 1 0 3 3-8 3
4. Azərbaycan 4 0 0 4 3-11 0
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri