Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslam dinində məzarlar, ölünün dəfn edilməsi kimi hallarla bağlı müxtəlif qaydalar, özünəməxsus üsullar, o cümlədən, günah sayılan əməllər var.
Maraqlıdır, məzarların köçürülməsi İslam dinində necə qarşılanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, Qəbir köçürmə, qəbri açmaq, ümumi mənada İslam dinində haram və qadağan hesab olunur.
“Amma zərurət yaranarsa və istisna hallar baş verərsə, bu zaman qəbiri köçürmək mümkündür.
Əgər ölü qüsl və kəfənsiz, qiblənin əksinə dəfn olunubsa, bu zaman məzardan çıxarılmalı və dini qaydalara uyğun formada dəfn edilməlidir.
Yaxud hansısa həqiqətin ortaya çıxması üçün zəruri istintaq tədbirlərinin görülməsi məqsədi ilə çıxarıla bilər.” İlahiyyatçı qeyd edir ki, insanlar öz istək və həvəslərinə görə qəbirləri çıxara, köçürə bilməzlər.
“İslama görə insan harada vəfat etsə, orada da dəfn olunması məqsədəuyğundur. Onu sonradan çıxarıb vətəninə aparmaq lazım deyil.