Qəbiri yalnız bu halda açmaq və ya köçürmək olar? VACİB AÇIQLAMA KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslam dinində məzarlar, ölünün dəfn edilməsi kimi hallarla bağlı müxtəlif qaydalar, özünəməxsus üsullar, o cümlədən, günah sayılan əməllər var.
Maraqlıdır, məzarların köçürülməsi İslam dinində necə qarşılanır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, Qəbir köçürmə, qəbri açmaq, ümumi mənada İslam dinində haram və qadağan hesab olunur.
“Amma zərurət yaranarsa və istisna hallar baş verərsə, bu zaman qəbiri köçürmək mümkündür. Əgər ölü qüsl və kəfənsiz, qiblənin əksinə dəfn olunubsa, bu zaman məzardan çıxarılmalı və dini qaydalara uyğun formada dəfn edilməlidir. Yaxud hansısa həqiqətin ortaya çıxması üçün zəruri istintaq tədbirlərinin görülməsi məqsədi ilə çıxarıla bilər.”
İlahiyyatçı qeyd edir ki, insanlar öz istək və həvəslərinə görə qəbirləri çıxara, köçürə bilməzlər.
“İslama görə insan harada vəfat etsə, orada da dəfn olunması məqsədəuyğundur. Onu sonradan çıxarıb vətəninə aparmaq lazım deyil. İndi bəzən xırda bəhanələrlə ölülərin qəbrini köçürürlər. Bu, doğru deyil. Bunu adət halına salmaq, adi hala çevirmək olmaz. Qəbir köçürmək ağır məsələdir. Qəbir üçün ciddi təhlükə varsa, sel, daşqın ehtimalı olan yerlərdə dəfn edilibsə, bu zaman köçürmək mümkündür. Əks halda daha mənzərəli yerdə dəfn etmək, yaxud ziyarəti rahatlaşdırmaq məqsədi ilə yaxın yerdə basdırmaq üçün çıxarmaq haramdır. Qəbri açmaq haram, ziyarət etmək isə müstəhəbdir. Eynin zamanda qəbir köçürülərkən din xadiminin və aidiyyəti dövlət məmurunun xəbəri, icazəsi olmalıdır. Özbaşına heç kəs gedib qəbir aça, köçürə bilməz.”
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 08 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















