Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
III Yazı
Türk bilgələrinə görə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur: 1. Təbiət qüvvələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam; 2. Atalar (ataya, böyüyə olan hörmət) kultu; 3. Göy-Tanrıya inam.[1] R.Özdək qeyd edir ki, türklərin əsil dini gerçək inam bəslədikləri “Göy Tanrı” dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz: “Göy üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inandıqları tanrıya da “Göy Tanrı” deyən əski türklər, əlbəttə, onu bəlli olanlar içində təcəssüm etdirməz, büt kimi kiçiltməz, bütün göy üzünü sığdıracaqları tapınağı düşünməzdilər».[2] Türk dünyasının böyük ziyalısı Ziya Gökalp hələ XX əsrin əvvəllərində qeyd edirdi ki, elin təcəssümü olan Göy Tanrı sülh Tanrısıdır.[3] Orxon kitabələrində Türk kağanı deyir: “Türk Oğuz bəyləri! Bodun! İşitin. Özə Tanrı batmayınca, Asra yer dəlinməyincə, Türk budunu ölkəni, törəni kim pozdu. Hakim Türk budunu idin. Bilgili və görgülü olduğu üçün sizi düzəltmiş olan Bilgə kağanınız gəlmiş, getmiş”.[4]
Qədim dövrdə türklər arasında Göy Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamlara hər bir Türk soyunda həm ata, həm də Xan kimi baxılmışdır. Çünki Qamlar təbiət qüvvələrindən və Ata kultundan çox Göy Tanrıya üstünlük vermişlər.
Tanrıçılığı Türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin mükəmməl dini-fəlsəfi təlimi sayan Mirəli Seyidovagörə, qədim türklərin su, od, ağac, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qara, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında “Göy Tanrı”ya inam təsadüfən yaranmamışdır: “Türkdilli xalqlarda Göy Tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı–Göy sonralar tanrı–allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy–səma demək imiş. Göyün–tanrının baş tanrı sayılması əsas vermişdir ki, onun rəngi də müqəddəs sayılsın”.[5]
Alimin fikrincə, azərbaycanlıların ulu babaları da “Göy” anlayışına xüsusi önəm vermişdir: “Azərbaycanlıların ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə saxlayan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı nemət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə – Tanrı və onun rəngi ilə bağlayırlar”.[6] M.Seyidov yazır ki, qədim türklərdə “Göy-Tanrı” ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Metenin oğlunu “tanrının oğlu”, onu “Yer və Göy”dən doğulmuş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında “Göy” həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır.[7]
Əski Turan-Türk uluslarından hesab olunan, m.ö. 4-3 minillərdə İkiçayrasında mövcud olmuş Sumer xalqının da eyni fəlsəfəni izlədiyini görürük. Belə ki, Sumerlərdə də erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Göy Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Göy körpüsü-Göy qurşağı, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Göy Tanrıya aid olduğu üçün, Göy körpüsünün (Göy qurşağının) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur.[8] Türk fəlsəfəsinin ana mahiyyətini təşkil edən bu dünyagörüşün Şumer sivilizasiyasında da özünü göstərməsi təsadüfi ola bilməzdi. Bu anlamda Şumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin, yəni Tanrıçılığın (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması şübhəsizdir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən Sumerlərə, onlardan da digər xalqlara (çinlilərə, iranlılara vəb.) keçməsi get-gedə daha çox qəbul olunur.
Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi bir-birinin ziddi olan, fəqət bir-birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar da “Göy Tanrı” və “Asra Yer” idi. Həqiqətdə hər şey bir fəza (xaos) halından ibarət ikən sonradan vuzuh qazandıqca göy yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və bir-birinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”.[9]
Deməli, türklərin islamaqədərki dünyagörüşü təbiətlə (su, yer, göy, ağac, Boz qurd) və tanrıya keçid kimi Tenqri xanla, sonra bir olan Allah və Allaha aşiq insan obrazı ilə bağlıdır: “İslamaqədərki inanc və görüşlər daha çox tarixin hələ yazısız, kitabsız sivilizasiya mərhələsinə təsadüf edir və təbiidir ki, ən qabarıq əksini etnoqrafik qaynaqlarda, mifologiyada, bir də folklorda tapır”.[10] Bir sözlə, qədim türklərin dünyagörüşünə görə yuxarıda mavi göy, aşağıda boz yer, onların arasında isə insan oğlu-Türk yaradılmışdır.
Ülkenin fikrincə də, əslində bir olan iki zidd prinsipin Göy və Yerin sonradan təkrar birləşməsi Türk kosmoqoniyasının monist bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Göy Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Göy Tanrının yaratdıqlarını məhv edəndir. Göy Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Göy Tanrının bir parçasıdır. Ülken yazır: “Göylə yer arasındakı ayrılıq ancaq vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır” .[11] Türk düşüncəsində atam Göy, anam Yerdir. Göy Tanrının timaslı Göydə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir. Ülken yazır: “Əsasını monizmdən alan bu ahəngçi ikilik Türklərin kollektiv fəlsəfəsidir”.[12]
Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Göy Tanrı Tenger, yer Tanrısı Yireydir. Göydə 9 ağa oza. Aşağıda 8 ağa oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Göy Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-Sular hakimdir.
[1] Taşağıl Ahmet. Bozkırların ilk imperatorluğu: Hunlar. İstanbul, Yeditepe Yayınevi, 2022, s.314
[2] Özdək Rəfiq.Türkün Qızıl kitabı. IV cilddə, I cild. Bakı, Yazıçı, 1996, s.13
[3] Gökalp Ziya. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.116
[4] Necib Asım, Orhon kitabeleri, İstanbul, 1914, s.112
[5] Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, s.164
[6] Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, s.164
[7] Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, s.420
[8] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.30
[9] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.29
[10] Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı, “Elm”, 2002, s.80
[11] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.30
[12] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.30
Bir şəkil, min paylaşım - bəs müəllif haradadır?
Balkan Türk uşaq ədəbiyyatının görkəmli siması Nəcati Zəkəriyyə və Orxanın dünyası
Süni intellektin yaratdığı əsərlər - müəllif kimdir?
Müəllim kürsüsündən elmin zirvəsinə
Ər Hun/Orxan çayı vadisinin tarixi-coğrafi, maddi və mədəniyyət irsi
Həqiqətin qorxmaz səsi - zəfərlə tamamlanan missiya
“Duxa Qoca oğlu Dəli Domrul” boyunda olum-ölüm təzadının mifoloji çalarları
Təbəddülatlarla dolu Nəriman həyatı
Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata
Paşinyanın qalibiyyəti… Azərbaycan faktoru
Heç kim Paşinyan aşiqi deyil, amma...
“İlanın Ağına da Lənət, Qarasına da...” — Ermənistan Seçkiləri və Dəyişməyən Geosiyasi Zehniyyət
Bizdə şəxslər şəxsiyyət olur, sənət yox!
Biz Azerbaycan deyince, Yozgatlılar “Can Azerbaycan” diyor
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ
Prezidentdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Xaricdə 5 nüfuzlu universitetə qəbul alan gənc: "Təcrübəmi ölkəmizdə tətbiq edəcəyəm"
Britaniyanın Baş naziri Starmer istefa verib
Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata
Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası
Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır
Vens: ABŞ-İran texniki danışıqları davam edir
Özbəkistan Prezidentinin qəbul etdiyi azərbaycanlı şairlə müsahibə
Qaradənizdə türk gəmisi hücuma məruz qaldı! İtkilər var
Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu oldu
Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
Müxalifət Paşinyanı hakimiyyətdən niyə uzaqlaşdıra bilmədi? – Aşotyandan etiraf
ABŞ–İran düyünü yenidən sıxılır: Sülh ümidləri puça çıxdı? - ŞƏRH
"Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı
Ərdoğandan Pezeşkiana: Hazırıq!
Prorektor: Yeni stimullaşdırma sistemi akademik mükəmməlliyə xidmət edir
Yeni qaydalar QHT-lər üçün maliyyələşmə imkanlarını genişləndirir - QHT sədrindən ilkin reaksiya
BMT: Suriya keçid mərhələsindədir, İsrail əməliyyatları davam etdirir
ABŞ İran neftinin satışına müvəqqəti icazə verdi
Əhməd Şara susqunluğunu pozdu: Biz Suriyanın Livana...
Livan prezidenti: Heç kim bizim adımızdan danışıqlar apara bilməz
CHP üçün daha bir şok! İmamoğlunun köməkçisi də AK Partiyaya keçir
Azərbaycanla Türkmənistan arasında imzalanan sənədlər nə vəd edir?
Daha bir nümunəvi ənənənin əsası qoyuldu
ABŞ vitse-prezidenti: Görüş çox yaxşı keçdi
Pezeşkian ABŞ-la danışıqlardan sonra xəbərdarlıq etdi
SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ
ABŞ-dən geri addım - İranın tələbini yerinə yetirdi
İran nefti bazara qayıdır: Qiyməti Hörmüz boğazı müəyyənləşdirəcək
Ərdoğan: Rəqiblərimiz vəzifə uğrunda mübarizə aparır
Müəllimlərin maaşları artacaq - Bir-iki həftə ərzində...
Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Ətin üzərindəki möhür zəhər mənbəyidir?
İlham Əliyevdən Türkmənistanla əməkdaşlığın perspektivləri ilə bağlı AÇIQLAMA
Ən uzun gün, yaxud Azərbaycanda bəyaz gecə niyə olmur?
Tatlısəsin qızından müəmmalı təbrik
Bakıda əsən külək nə zaman səngiyəcək?
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
İsrail: Cəbhə xəttində bütün məhdudiyyətlər qaldırılacaq
600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq - Sumqayıtda nə baş verir?
Daş bitiklərdən rəqəmsal dünyaya: TÜRK ŞEİRİNİN ULU YOLU
Prezidentdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım edildi
Selə düşən şəxsin xilas edilmə ANLARI - VİDEO
İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi
Atəşkəs pozuldu, gərginlik artır: ABŞ-İran müharibəsi yenidən başlayır? - ŞƏRH
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?
Ən güclü hərbi texnikası olan 10 ölkə - SİYAHI
Ərdoğandan dünyanı silkələyən qərar: Xaricdən Türkiyəyə köçənlər…
Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi - DOSYE
Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ
Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir
Yeni silahlarla Azərbaycanı məğlub edə bilərik?..
Kiyev dəhşəti -90 raket və 600 dron – Ukrayna lideri "Oreşkin" hücumunun detallarını açıqladı
Ukrayna Rusiyanın bu şəhərlərinə güclü zərbələr endirdi - VİDEO
Ermənistan paradda hansı silahları göstərdi? - SİYAHI+FOTOLAR