Icma.az
close
up
RU
Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III Yazı

Türk bilgələrinə görə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur: 1. Təbiət qüv­vələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam; 2. Atalar (ataya, böyüyə olan hörmət) kultu; 3. Göy-Tanrıya inam.[1] R.Özdək qeyd edir ki, türklərin əsil dini gerçək inam bəslədikləri “Göy Tanrı” dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz: “Göy üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inan­dıq­ları tanrıya da “Göy Tanrı” deyən əski türklər, əlbəttə, onu bəlli olanlar içində təcəssüm etdirməz, büt kimi kiçilt­məz, bütün göy üzünü sığdıracaqları tapınağı düşün­məz­dilər».[2] Türk dünyasının böyük ziyalısı Ziya Gökalp hələ XX əsrin əvvəllərində qeyd edirdi ki, elin təcəssümü olan Göy Tanrı sülh Tanrısıdır.[3] Orxon kitabələrində Türk kağanı deyir: “Türk Oğuz bəyləri! Bodun! İşitin. Özə Tanrı batmayınca, Asra yer dəlinməyincə, Türk budunu ölkəni, törəni kim pozdu. Hakim Türk budunu idin. Bilgili və görgülü olduğu üçün sizi düzəltmiş olan Bilgə kağanınız gəlmiş, getmiş”.[4]

Qədim dövrdə türklər arasında Göy Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamlara hər bir Türk soyunda həm ata, həm də Xan kimi baxılmışdır. Çünki Qamlar təbiət qüvvələrindən və Ata kultundan çox Göy Tanrıya üstünlük vermişlər.

Tanrıçılığı Türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin mükəmməl dini-fəlsəfi təlimi sayan Mirəli Seyidovagörə, qədim türklərin su, od, ağac, torpaq, yer, günəş, müxtəlif rənglər (ağ, göy, qa­ra, qırmızı, sarı) haqqında özünəməxsus inancları olmuşdur. Bütün bunları, çoxillik tədqiqatlarının nəticəsi olaraq aşkar edən M.Seyidov hesab edir ki, qədim türklər arasında “Göy Tanrı”­ya inam təsadüfən yaranmamışdır: “Türkdilli xalqlarda Göy Tanrı sayılırmış. Hər şey onun iradəsinə tabe imiş. Buna görə də tanrı–Göy sonralar tanrı–allah anlamını da almışdır. Bəllidir ki, tanrı ilkin göy–səma demək imiş. Göyün–tanrının baş tanrı sayılması əsas ver­miş­dir ki, onun rəngi də müqəddəs sayılsın”.[5]

Alimin fikrincə, azərbaycanlıların ulu babaları da “Göy” an­layışına xüsusi önəm vermişdir: “Azərbaycanlı­la­rın ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır, dölləndirir. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə sax­la­yan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı ne­mət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə – Tanrı və onun rəngi ilə bağlayırlar”.[6] M.Se­yidov yazır ki, qədim türklərdə “Göy-Tanrı” ideyası o qədər güclü olmuşdur ki, onlar xaqanı göy kimi göydə doğulmuş təsəvvür etmişlər. Hətta hunlar öz ulu, əcdad babaları Me­te­nin oğlunu “tanrının oğlu”, onu “Yer və Göy”dən do­ğul­muş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymış­lar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında “Göy” həm də yüksəklik, genişlik, ucalıq mənasını daşı­mış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır.[7]

Əski Turan-Türk uluslarından hesab olunan, m.ö. 4-3 minillərdə İkiçayrasında mövcud olmuş Sumer xalqının da eyni fəlsəfəni izlədiyini görürük. Belə ki, Sumerlərdə də erkək və dişi iki yaradıcı qüvvət olmaq etibariylə kainatın əsası hesab edildikləri üçün cinsiyyət bayramları ilkbahar və sonbahar mərasimləri onların adına təsbit edilirdi. Onların ittihadını təmsil edən Alaimüssəma idi. Türklərdə Göy Tanrı və Asra Yer erkək və dişi yaradıcı qüvvətləri təmsil etdikləri kimi, Orhon abidələrində Göy körpüsü-Göy qurşağı, yəni Alaimüssəma da onların ittihadıdır. Yenə qədim Türklərin etiqadına görə, bütün cinsiyyət və bərəkət ayinləri Göy Tanrıya aid olduğu üçün, Göy körpüsünün (Göy qurşağının) altından keçən qız oğlan və ya əksinə oğlan qız olur.[8] Türk fəlsəfəsinin ana mahiyyətini təşkil edən bu dünyagörüşün Şumer sivilizasiyasında da özünü göstərməsi təsadüfi ola bilməzdi. Bu anlamda Şumerlərdə və digər Turani qövmlərdə görünən Göy Tanrı dininin, yəni Tanrıçılığın (Göy Tanrı və Asra-Yağız Yer ikiliyi) digər dinlərdən daha əski olması şübhəsizdir. Özəlliklə, 12 heyvanlı Türk-Turan təqviminin digər xalqlara Turan irqindən Sumerlərə, onlardan da digər xalqlara (çinlilərə, iranlılara vəb.) keçməsi get-gedə daha çox qəbul olunur.

Deməli, bu ikili mübarizə, onun yaranışı, inkişafı və sonuyla bağlı müxtəlif uluslarda müxtəlif baxışlar olsa da, ən qədim fəlsəfi fikir Turan-Türk hikmətidir. Bu baxımdan Türk aydını Hilmi Ziya Ülken haqlı olaraq yazır ki, ilk dəfə türklər aləmi bir-birinin ziddi olan, fəqət bir-birini tamamlayan iki prinsip ilə izah edirdilər: “Bunlar da “Göy Tanrı” və “Asra Yer” idi. Həqiqətdə hər şey bir fəza (xaos) halından ibarət ikən sonradan vuzuh qazandıqca göy yerdən, aydınlıq qaranlıqdan, erkək cövhər dişi cövhərdən ayrılmış və bir-birinə tamamıyla zidd olan bu qüvvətlərin təkrar birləşməsindən kişi, yəni ilk insan vücud bulmuşdur”.[9]

Deməli, türklərin islamaqədərki dünyagörüşü təbiətlə (su, yer, göy, ağac, Boz qurd) və tanrı­ya keçid kimi Tenqri xanla, sonra bir olan Allah və Allaha aşiq insan obrazı ilə bağlıdır: “İslamaqədərki inanc və gö­rüş­lər daha çox tarixin hələ yazısız, kitabsız sivilizasiya mər­hə­ləsinə təsadüf edir və təbiidir ki, ən qabarıq əksini etno­qra­fik qaynaqlarda, mifologiyada, bir də folklorda tapır”.[10] Bir sözlə, qədim türklərin dünyagörüşünə görə yuxarıda mavi göy, aşağıda boz yer, onların arasında isə insan oğlu-Türk yaradılmışdır.

Ülkenin fikrincə də, əslində bir olan iki zidd prinsipin Göy və Yerin sonradan təkrar birləşməsi Türk kosmoqoniyasının monist bir dünyagörüşünə çatdığını göstərir. Bu o deməkdir ki, Göy Tanrı yaradıcıdırsa, Asra yağız yer isə Göy Tanrının yaratdıqlarını məhv edəndir. Göy Tanrı xaqanı, Yer xatunu təmsil edər. Ancaq Asra yer Göy Tanrının bir parçasıdır. Ülken yazır: “Göylə yer arasındakı ayrılıq ancaq vəziyyət və hal etibarilədir. Fəqət ailənin ahəngi, cəmiyyətin nizamı kimi, göklə yerin də əzəli bir uyuşması, uzlaşması vardır” .[11] Türk düşüncəsində atam Göy, anam Yerdir. Göy Tanrının timaslı Göydə Ay ata, Ay dədədir, Yağız yerin timsalı isə Günəş anadır. Hacı Bektaşinin fəlsəfəsində də bu düşüncə əsas xətdir. Ülken yazır: “Əsasını monizmdən alan bu ahəngçi ikilik Türklərin kollektiv fəlsəfəsidir”.[12]

Türk-Turan fəlsəfəsi ikili mahiyyət etibariylə vəhdətçi, ahəngçi və monistdir. Məsələn, Yakutlarda Göy Tanrı Tenger, yer Tanrısı Yireydir. Göydə 9 ağa oza. Aşağıda 8 ağa oza vardır gök təbəqələri 17, yer təbəqələri 12, ya da 5-dir. Gök məbudlarının ən qüdrətlisi Art Toyon Ağadır. Türklər arasında Göy Tanrı və Yağız yer arasında orta dünya var. Burası kişinin yaradıldığı və insanların yaşadıqları aləmdir. Orada Yer-Sular hakimdir.

[1] Taşağıl Ahmet. Bozkırların ilk imperatorluğu: Hunlar. İstanbul, Yeditepe Yayınevi, 2022, s.314

[2] Özdək Rəfiq.Türkün Qızıl kitabı. IV cilddə, I cild. Bakı, Yazıçı, 1996, s.13

[3] Gökalp Ziya. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.116

[4] Necib Asım, Orhon kitabeleri, İstanbul, 1914, s.112

[5] Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, s.164

[6] Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, s.164

[7] Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, Gənclik, 1994, s.420

[8] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.30

[9] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.29

[10] Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı, “Elm”, 2002, s.80

[11] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.30

[12] Ülken, Hilmi Ziya. Türk tefekkür tarihi. Istanbul: Yapı Kredi Yayınları, 2013, s.30


OXŞAR XƏBƏRLƏR

Bir şəkil, min paylaşım - bəs müəllif haradadır?

17 İyun 14:36

Balkan Türk uşaq ədəbiyyatının görkəmli siması Nəcati Zəkəriyyə və Orxanın dünyası

17 İyun 11:17

Qaranlıqdan doğan qurtuluş

15 İyun 18:38

Кыргызский ренессанс и глобальный диалог: 40-летие «Иссык-Кульского форума» как интеллектуальная платформа новой эпохи

15 İyun 13:45

Süni intellektin yaratdığı əsərlər - müəllif kimdir?

9 İyun 16:03

Müəllim kürsüsündən elmin zirvəsinə

9 İyun 15:35

Ər Hun/Orxan çayı vadisinin tarixi-coğrafi, maddi və mədəniyyət irsi

9 İyun 10:49

Həqiqətin qorxmaz səsi - zəfərlə tamamlanan missiya

9 İyun 10:13

Bir daha Himnimiz haqqında

9 İyun 09:58

“Duxa Qoca oğlu Dəli Domrul” boyunda olum-ölüm təzadının mifoloji çalarları

9 İyun 09:38

Təbəddülatlarla dolu Nəriman həyatı

9 İyun 09:11

Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

9 İyun 08:48

Paşinyanın qalibiyyəti… Azərbaycan faktoru

9 İyun 08:36

Heç kim Paşinyan aşiqi deyil, amma...

7 İyun 22:52

“İlanın Ağına da Lənət, Qarasına da...” — Ermənistan Seçkiləri və Dəyişməyən Geosiyasi Zehniyyət

7 İyun 20:09

Bizdə şəxslər şəxsiyyət olur, sənət yox!

6 İyun 20:59

Biz Azerbaycan deyince, Yozgatlılar “Can Azerbaycan” diyor

6 İyun 13:57

Atam Ziyadxanın 70 yaşına

3 İyun 12:31

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI

22 İyun 22:12

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

22 İyun 22:00

SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ

22 İyun 17:59

Prezidentdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

22 İyun 15:45

Xaricdə 5 nüfuzlu universitetə qəbul alan gənc: "Təcrübəmi ölkəmizdə tətbiq edəcəyəm"

22 İyun 13:55

Britaniyanın Baş naziri Starmer istefa verib

22 İyun 13:10

SON XƏBƏRLƏR

Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

09:04

Ümumdünya Şəhərsalma Forumu ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası

00:46

Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır

00:41

Vens: ABŞ-İran texniki danışıqları davam edir

00:35

Özbəkistan Prezidentinin qəbul etdiyi azərbaycanlı şairlə müsahibə

22 İyun 23:35

Qaradənizdə türk gəmisi hücuma məruz qaldı! İtkilər var

22 İyun 22:31

Messi Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu oldu

22 İyun 22:31

Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI

22 İyun 22:12

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

22 İyun 22:00

Müxalifət Paşinyanı hakimiyyətdən niyə uzaqlaşdıra bilmədi? – Aşotyandan etiraf

22 İyun 21:50

ABŞ–İran düyünü yenidən sıxılır: Sülh ümidləri puça çıxdı? - ŞƏRH

22 İyun 21:40

"Qiyamət günü" radiostansiyası üç dəfə sirli mesajlarla efirə çıxdı

22 İyun 21:38

Ərdoğandan Pezeşkiana: Hazırıq!

22 İyun 21:02

Prorektor: Yeni stimullaşdırma sistemi akademik mükəmməlliyə xidmət edir

22 İyun 20:56

Yeni qaydalar QHT-lər üçün maliyyələşmə imkanlarını genişləndirir - QHT sədrindən ilkin reaksiya

22 İyun 20:54

BMT: Suriya keçid mərhələsindədir, İsrail əməliyyatları davam etdirir

22 İyun 20:37

ABŞ İran neftinin satışına müvəqqəti icazə verdi

22 İyun 20:32

Əhməd Şara susqunluğunu pozdu: Biz Suriyanın Livana...

22 İyun 20:30

Livan prezidenti: Heç kim bizim adımızdan danışıqlar apara bilməz

22 İyun 18:33

CHP üçün daha bir şok! İmamoğlunun köməkçisi də AK Partiyaya keçir

22 İyun 18:16

Azərbaycanla Türkmənistan arasında imzalanan sənədlər nə vəd edir?

22 İyun 18:12

Daha bir nümunəvi ənənənin əsası qoyuldu

22 İyun 18:09

ABŞ vitse-prezidenti: Görüş çox yaxşı keçdi

22 İyun 18:05

Pezeşkian ABŞ-la danışıqlardan sonra xəbərdarlıq etdi

22 İyun 18:01

SON DƏQİQƏ! Bakının rayonları üzrə suyun verilmə qrafiki açıqlandı – RƏSMİ

22 İyun 17:59

ABŞ-dən geri addım - İranın tələbini yerinə yetirdi

22 İyun 17:58

İran nefti bazara qayıdır: Qiyməti Hörmüz boğazı müəyyənləşdirəcək

22 İyun 17:34

Ərdoğan: Rəqiblərimiz vəzifə uğrunda mübarizə aparır

22 İyun 17:29

Müəllimlərin maaşları artacaq - Bir-iki həftə ərzində...

22 İyun 17:25

Üç gün yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

22 İyun 17:13

Ətin üzərindəki möhür zəhər mənbəyidir?

22 İyun 16:59

İlham Əliyevdən Türkmənistanla əməkdaşlığın perspektivləri ilə bağlı AÇIQLAMA

22 İyun 16:55

Ən uzun gün, yaxud Azərbaycanda bəyaz gecə niyə olmur?

22 İyun 16:47

Tatlısəsin qızından müəmmalı təbrik

22 İyun 16:37

Bakıda əsən külək nə zaman səngiyəcək?

22 İyun 16:22

Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA

22 İyun 16:16

İsrail: Cəbhə xəttində bütün məhdudiyyətlər qaldırılacaq

22 İyun 16:06

600-ə yaxın süpürgəçinin maaşından pul tutulacaq - Sumqayıtda nə baş verir?

22 İyun 16:04

Daş bitiklərdən rəqəmsal dünyaya: TÜRK ŞEİRİNİN ULU YOLU

22 İyun 15:56

Prezidentdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

22 İyun 15:45

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım edildi

23 May 12:27

Selə düşən şəxsin xilas edilmə ANLARI - VİDEO

30 May 22:02

İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

3 İyun 17:54

Atəşkəs pozuldu, gərginlik artır: ABŞ-İran müharibəsi yenidən başlayır? - ŞƏRH

26 May 20:18

Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?

24 May 18:08

Ən güclü hərbi texnikası olan 10 ölkə - SİYAHI

30 May 13:10

Ərdoğandan dünyanı silkələyən qərar: Xaricdən Türkiyəyə köçənlər…

29 May 17:02

Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi - DOSYE

12 İyun 15:37

Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

5 İyun 15:53

Qardaşım Şuşada öldürüldü, Ohanyan isə... - Erməni nazir

31 May 21:28

Yeni silahlarla Azərbaycanı məğlub edə bilərik?..

28 May 18:06

Kiyev dəhşəti -90 raket və 600 dron – Ukrayna lideri "Oreşkin" hücumunun detallarını açıqladı

24 May 13:11

Ukrayna Rusiyanın bu şəhərlərinə güclü zərbələr endirdi - VİDEO

27 May 12:23

Ermənistan paradda hansı silahları göstərdi? - SİYAHI+FOTOLAR

28 May 15:04



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyun 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri