Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

14.07.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VI Yazı

Qədim Türk mifologiya­sı­nın allahlar panteonunda birinci – mərkəzi yeri tenqri-tanrı tutur. Tenqri, yaxud çox vaxt deyildiyi kimi, Göy Tanrı qədim türklərin “əsil dini gerçək inam bəslədikləri”dir. Bu, bütün qədim türklərin ana kultu idi. Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Tanrı isə kainata hakim olan bütün göy üzü idi.[1] Tanınmış fəlsəfəçi alim Ağayar Şükürov hesab edir ki, qədim türklərin allahları panteonunda baş Allah Göy Tanrı hesab olunmuşdur. A.Şükürova görə, qədim türklərdə “Göy Tanrı” ideyasına aşağıdakılar aid idi: 1) göyə işarə; 2) yaradıcı funksiya; 3) hamilik funksiyası; 4) insan taleyini müəyyənləş­dirən funksiya; 5) cəzalandırıcı funksiya; 6) kişi başlanğıcı ilə əlaqə funksiyası.[2]

Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə isə yazırdı ki, Allah haqqında oğuzların təsəvvürləri, ortodoksal İslamdakı təsəvvürlərdən fərqlidir və onlarda İslamdan öncəki Türk xalqları dini təsəvvürlərinin ünsürləri geniş yer tutur: “Oğuzların təsəvvürlərində Allah təkdir, qüdrətlidir, mərhəmət, kömək, var-dövlət və ölüm Onun ixtiyarındadır. Allah uca göydədir. O, heç bir şeylə müqayisə olunmayandır; “bütün dünyaların yaradıcısıdır””.[3]

2003-cü ildə nəşr olunan “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabında yazılır ki, Azərbaycan bayrağında öz əksini tapmış mavi (göy) rəng qədim türk­lərdə mövcud olmuş dini inanc – Tanrıçılıq dini ilə bağlıdır: “Qədim türklər Tanrıya (Allaha) “Göy Tanrı” deyə müra­ciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Bir əşyanı göy (mavi) boya ilə rəngləmək, yaxud həmin sözlə yanaşı işlətmək (“Göy Tanrı” ifadəsində olduğu kimi) əski türk mifik düşüncəsinə görə, müqəddəs, qutsal sayılırdı”.[4] Bu kitabda yazırlar ki, göy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır: “Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan “türkləşmək, müasirləşmək, islamlaş­maq” ideoloji modelinin bir istiqamətini simvollaş­dır­mış­dır”.[5] Bizə də elə gəlir ki, türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – tək­al­lah­lı­lığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tan­rı­çılıqda isə göy boya tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tan­rıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.

Seyfəddin Rzasoya görə, Oğuz mifologiyasında kosmos öz yaşam impulslarını xaosdan alır: kosmosla xaos arasında özünüyaratmanın mürəkkəb sinergetik strukturunu nəzərdə tutan dimamik əlaqə sistemi var. O, yazır: “Kosmosu təmsil edən fərdin xaosla istənilən əlaqəsinin vasitəsi, üsulu və funksional mexanizmi inisiasiya rituallarına müncər olunur. Demək, oğuz xaosunun bərpasının obyektində məhz ritual məkanı və onun struktur elementləri durmalıdır... Bu istiqamətdə apardığımız eksperimentlərdə dörd əsas nəticə əldə etmişik: birincisi, oğuz mifoloji düşüncəsində xaos ayrıca dünya şəklində təsəvvür olunmuş və “yalançı dünya” adlanmışdır; ikincisi, “yalan” və “yalançılıq” oğuz xaos modelinin uyğun olaraq əsas prinsip və davranış formulunu təşkil edir; “dəli” (semantemi) və “dəlilik” (statusu) bütün hallarda hər hansı şəkildə xaosla ritual bağlılığın işarə vahidləridir; dördüncüsü, oğuzların “kiçik ölüm” adlandırdıqları”yuxu” semantemi xaosa girib-çıxmanın mediativ mexanizmidir.[6]

Müəllifi bəlli olmayan “Oğuz Kağan” dastanı və qədim “Oğuznamə”lər əslində Oğuz Atanın özü ilə birbaşa bağlı olub, onun dünyagörüşünün əksidir. Yaxud da ilk “Oğuznamə”ləri müdriklərin başçısı, məsələn Ulu Türük (Uluq Turuk) qələmə almışdır. Aybək Dəvadarinin “Oğuznamə” haqqında yazdığı aşağıdakı fikirlər qədim “Oğuznamə” ilə bağlıdır: “Türklərdə çox önəmli bir kitab daha vardır. Bu kitaba türklər çox dəyər verirlər və əldən-ələ dolaşdı-rırlar. Adı Oğuznamədir. Bu kitabın içində Oğuzun günlük yaşamı, ilk kağan oluşu, adını və namını Oğuz olaraq alışı anladılmışdır...”.[7]

Qədim “Oğuznamə”lərdən biri uyğur “Oğuznamə”sidir. Uyğur “Oğuznamə”si digər “Oğuznamə”lərdən fərqli olaraq çox cüzi şəkildə İslam dininin təsirinə məruz qalmışdır. [8]

Uyğur “Oğuznamə”sində Oğuzun dünyaya gəlməsi belə yazılır:

...kene kunlerden bir kun Ay kağan nunq

Gözü yarıb butadı erkek oğul toğurdı.[9]

Qədim, ilk “Oğuznamə”lər sonralar “Atalar sözü”, “Ata sözləri” kimi də tarixə düşmüşdür. Əslində burada qeyd olunan “Ata” anlayışı bilgəliyi, müdrikliyi ifadə edir. Şübhəsiz, Türk tarixində ilk bilgə atalardan biri ya da birincisi yenə də Oğuz Atadır.

Oğuz Atanın dünya, həyat, ölüm, əxlaq, varlıq və digər məsələlər haqqında baxışlarını əks etdirən “Oğuznamə”lərin yeni variantları orta əsrlərdə qələmə alınmışdır. Həmin “Oğuznamə”lərdən birinin müəllifi 15-ci əsrdə Osmanlıda yaşamış Yazıçıoğlu Əlidir. Osmanlı padşahı II. Muradın istəyi ilə “Təvarix-i Ali Səlcuq” (“Səlcuqların tarixi”) əsərini qələmə alan Yazıçıoğlu Əli bu zaman Anadolu Səlcuqlu Dövlətinin tarixçisi İbn Bibinin “Əl-Əvamirül-Aliyyə fil-umuril-Aliyyə” və Fəzlullah Rəşidəddin Həmədaninin “Cami ət-Təvarix” adlı əsərlərindən, tarixi Oğuz əfsanələrindən və uyğurca yazılmış “Oğuznamə”dən istifadə etmişdir.

Yazıçıoğlu Əli “Təva­rix-i Ali Səlcuq”un Oğuznamə bölümündə Oğuz Atanın düşüncə­lərinə geniş yer vermişdir. Həmin kitabda yazılır: “Oğuz Kağanın törə olaraq bəlirləyib vəsiyyət etdiyi; əxlaqi mövzuları içərən, hal və tavr anladan, ata sözləri və hikmətli sözlər, daha öncə yoxdu. Onun mübarək sözlərindən meydana gəldi. Yəni bu əxlaq qaydalarını bəlirləyən sözlər, hikmətli sözlər hal və tavr anladan sözləri o vəsiyyət olaraq söylədi. Bu sözlər törə halına gəldi”.[10]

“Təvarix-i Al-i Səlcuq”un Oğuznamə bölümündə Oğuz Atanın ya da Oğuz Kağanın buyurduğu törə və yasasından bir neçəsi bunlardır: “Oğuz Kağan buyurdu: Hər kim on kişilik bir topluluğu yönətəbilir, əlli kişilik bir topluluğu da yönətəbilir. İştə o, min bəyi olmaya layiqdir. Hər kim öz evinin düzənini düzəbilir və qurabilir, onbaşı olmaya layiqdir. Hər kim min kişilik bir topluluğu yönətəbilr, tümən bəyi olmaya layiqdir. Hər kim bir tüməni yönətə bilirsə boy başı olması uyğundur. O, bir boya xan ola bilər...

Oğuz Kağan buyurdu: Üç bilgənin doğru bulduğu sözü hər yerdə söyləmək gərəkir. Hər kişi öz sözünü, başqasının söylədiyi sözləri üç bilgənin söylədiyi sözlərlə qarşılaşdırsın. Əgər uyğun düşərsə onu söyləmək olur. Əgər söz, üç bilgənin sözlərinə tərs isə o sözü söyləməmək gərəkir...

Oğuz Kağan buyurdu: Heç quşqusuz ərinin yaxşı adını xatun kişi çıxarır. Bunun üzərinə xatun kişinin də topluluqlarda və məclislərdə yaxşı adı danışılır. Yaxşı ər, yaxşı xatun kişi vəsiləsi ilə olunur. Əgər xatun kişi yaramaz və pis bir qadın deyilsə belə erkəyinin yolsuzluğu və tədbir­sizliyi yenə də qadından bilinir”....[11]

[1] Şükürov, A. Mifologiya. VI kitab//Qədim türk mifo­lo­gi­ya­sı. Bakı, Elm, 1997, s.24

[2] Yenə orada, s.25-26

[3] Quluzadə Zümrüd. XI-XII əsrlərdə Azərbaycan fəlsəfəsi // Azərbaycan fəlsəfə tarixi. I cild. Bakı: “Elm”, 2014, s.181

[4] Mərdanov, M. və Quliyev, Ə. Azərbaycan Respublikasının dövlət rəmzləri. Bakı: Çaşıoğlu, 2003, s.80

[5] Yenə orada, s.81

[6] Rzasoy Seyfəddin. Oğuz mifologiyası. Bakı, “Nurlan”, 2009, s.142

[7] Demir, Necati (Ön sözün müellifi ve tertibçi). Türklerin en eski destani Ulu Han Ata Bitiği. İstanbul, Ötüken, 2018, s.77-78

[8] Bayat Füzuli. Oğuznamə(lər). Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər nəşriyyatı, 2004, s.255-274

[9] Bayat Füzuli. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, Sabah, 1993, s.110

[10] Demir, Necati. Türklüğün Binlerce Yıllık Anayasası: Oğuz Kağan Töresi (Vasiyyetleri ve Öğütleri). İstanbul, Ötüken, 2018, s.29

[11] Yenə orada, s.33-34


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərin orta əsrlər tarixinin Dərələyəzlə bağlılığı

09:11

Şuşadan verilən mesajlar - Azərbaycanla hesablaşmamaq mümkün deyil

13 İyul 21:47

Bakı İsrailin qərarını necə dəyişdi? – Türkiyə Hersoqa icazə verməmişdi, sonra…

11 İyul 11:19

Moqolların türk tarixinə hörmətsizliyi…

9 İyul 11:29

Yapon ekoloji mədəniyyəti: nədən qaynaqlanır və bizə hansı mesajlar verir?

8 İyul 15:24

Oljas Süleymenov yaradıcılığı nəzəri baxışlar kontekstində

7 İyul 10:38

Bir daha Himnimiz haqqında

7 İyul 10:24

“Duxa Qoca oğlu Dəli Domrul” boyunda ölüm-olum təzadı - Mifoloji çalarlar

7 İyul 10:12

Türk tarixində Bəydili boyu

7 İyul 09:39

Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

7 İyul 09:25

Zəhmətdən toxunan ömrün 80-ci ilməsi

7 İyul 09:11

URFAN DÜNYASI: Kərəmi çağırıb, Dilqəmi səslər…

6 İyul 17:50

“Deepfake” texnologiyalarının yaratdığı risklər: Mübarizə necə aparılmalıdır?

6 İyul 13:34

QÖVSİ-QÜZEH KİMİ...

5 İyul 22:46

Azərbaycan texnoloji transformasiyanı sürətləndirir

4 İyul 19:14

Azərbaycan Türk Dünyasının Qızıl Körpüsü rolunda

4 İyul 15:47

Azərbaycan–Avropa münasibətlərində yeni mərhələ: enerji diplomatiyasından güvən coğrafiyasına…

3 İyul 17:06

Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür

2 İyul 00:30

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

Nə baş verəcək? - Nostradamusun 2026-cı ilin ikinci yarısı üçün qorxulu PROQNOZLARI

09:19

Füzulidə yanğın: minalar partladı...

13 İyul 21:26

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

13 İyul 15:22

Hansı hallarda hərbi xidmətdən vaxtından əvvəl tərxis olmaq mümkündür?

13 İyul 15:20

Azərbaycan vətəndaşlar neçə ölkəyə tam sərbəst gedə bilir?

13 İyul 12:04

Paşinyanın sözləri İrəvanı qarışdırdı, Bakıda müəmma doğurdu – Məşhur kəndimiz qaytarılır?

13 İyul 11:53

SON XƏBƏRLƏR

Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata

09:23

Nə baş verəcək? - Nostradamusun 2026-cı ilin ikinci yarısı üçün qorxulu PROQNOZLARI

09:19

Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer

09:11

Kəlbəcərin orta əsrlər tarixinin Dərələyəzlə bağlılığı

09:11

Danışıqlara başlamağın vaxtıdır - Merz

09:06

Tramp bu saatda xalqa müraciət edəcək

00:07

Qiyməti ilə bazarı qarışdıracaq - “Volkswagen”in yeni modeli ortaya çıxdı

13 İyul 23:58

Ukraynadan Moskvaya AĞIR ZƏRBƏ

13 İyul 23:15

ABŞ-ın İran limanındakı obyekti vurma anı - VİDEO

13 İyul 23:07

İddia: İsrailin Əhmədinejad planı baş tutmadı

13 İyul 21:57

Şuşadan verilən mesajlar - Azərbaycanla hesablaşmamaq mümkün deyil

13 İyul 21:47

Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum oldu

13 İyul 21:32

Trampdan bazarları viran edəcək açıqlama: Yenə başladıq!

13 İyul 21:27

Füzulidə yanğın: minalar partladı...

13 İyul 21:26

Milli Qəhrəman general-mayor Polad Həşimovun əbədiyyətə qovuşduğu günü dərin hörmət və ehtiramla anırıq...

13 İyul 21:13

ƏSMİD İctimai Birliyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində növbəti ustad dərsini keçirib

13 İyul 21:13

Makron Hakan Fidanı Yelisey Sarayında qarşıladı

13 İyul 21:11

“Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsinə start verilib

13 İyul 21:07

Putin: Cavabımız daha güclü olacaq!

13 İyul 21:05

Təhlil: ABŞ və İran razılaşmağa məcbur qala bilər

13 İyul 20:27

Husilər: Səudiyyə Ərəbistanı hava limanını hədəfə alıblar

13 İyul 19:52

Alimlər elə bir şey tapdılar ki: Kimin 100 il yaşayacağını təxmin edə bilər

13 İyul 19:46

Özgür Özəl CHP-də seysmik dəyişiklik yaradacaq yeni bir addım atır

13 İyul 18:16

Tramp: İrana ağır zəbələr endirəcəyik

13 İyul 18:10

Cənubi Koreyanın keçmiş prezidenti 2 il həbs cəzası aldı

13 İyul 17:53

Hərbçimiz vəfat etdi - FOTO

13 İyul 17:40

İnsan beyninin atlası yaradıldı: bu günə qədər ən ətraflı tədqiqat

13 İyul 17:34

Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

13 İyul 17:33

Ukrayna yüzlərlə dronla Moskvaya hücum etdi

13 İyul 17:28

İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış - ŞOK DETALLAR

13 İyul 17:21

“Şok endirim” hər zaman sərfəli deyil: İstehlakçılara vacib xəbərdarlıq

13 İyul 17:06

Tramp: Biz Hörmüz boğazına nəzarəti ələ keçiririk

13 İyul 17:00

Ermənistana Azərbaycan ərazisindən buğda yükü göndəriləcək

13 İyul 16:40

Hikmət Hacıyev Suriyanın informasiya naziri ilə görüşdü

13 İyul 16:36

Qarpız alarkən bu səhvləri etməyin: Zəhərlənmə və ölüm riski var

13 İyul 16:19

Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu

13 İyul 16:18

Trampa hədiyyə edilən revolver digərlərindən fərqli imiş

13 İyul 16:10

Suriya: Makronun səfəri zamanı baş verən hücumun təşkilatçıları saxlanıldı

13 İyul 15:40

Azərbaycanın qonşusu yavaş-yavaş yanır - Ölkəmizə TƏSİRİ

13 İyul 15:34

“Sabah”dan sensasion İDDİA – Tramp təyyarəsini niyə dəyişdi?

13 İyul 15:31

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi – Siyahı

6 İyul 11:50

Kürdlər İrana daxil oldular: Şiddətli döyüşlər başladı, ölənlər var

2 İyul 22:51

SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu

19 İyun 12:44

Kartdan pul silinir, bank çiyinlərini çəkir, bunda təqsirkar olan “üçüncü tərəf” kimdir?

25 İyun 10:37

Rusiya Əfqanıstandan keçərək cənuba doğru irəliləyir

20 İyun 15:57

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

22 İyun 22:00

Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq

14 İyun 23:01

Köçəryanın qaçış anı: Hava limanındakı görüntüləri yayıldı - VİDEO

15 İyun 00:03

Rusiya–Ukrayna savaşında yeni mərhələ: Həlledici döyüşlər başlayır? - ŞƏRH

2 İyul 21:15

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - VİDEO

14 İyun 21:49

Rövşən Hüseynli: “Yolumuz Qarabağa – Kəlbəcərə aparan yol niyə hələ də bağlıdır?”

21 İyun 13:12

"Başsağlığı əvəzinə mühakimə"

20 İyun 12:08

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? – Video yayıldı

21 İyun 17:41

Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD

14 İyun 12:30



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью