Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
VI Yazı
Qədim Türk mifologiyasının allahlar panteonunda birinci – mərkəzi yeri tenqri-tanrı tutur. Tenqri, yaxud çox vaxt deyildiyi kimi, Göy Tanrı qədim türklərin “əsil dini gerçək inam bəslədikləri”dir. Bu, bütün qədim türklərin ana kultu idi. Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Tanrı isə kainata hakim olan bütün göy üzü idi.[1] Tanınmış fəlsəfəçi alim Ağayar Şükürov hesab edir ki, qədim türklərin allahları panteonunda baş Allah Göy Tanrı hesab olunmuşdur. A.Şükürova görə, qədim türklərdə “Göy Tanrı” ideyasına aşağıdakılar aid idi: 1) göyə işarə; 2) yaradıcı funksiya; 3) hamilik funksiyası; 4) insan taleyini müəyyənləşdirən funksiya; 5) cəzalandırıcı funksiya; 6) kişi başlanğıcı ilə əlaqə funksiyası.[2]
Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə isə yazırdı ki, Allah haqqında oğuzların təsəvvürləri, ortodoksal İslamdakı təsəvvürlərdən fərqlidir və onlarda İslamdan öncəki Türk xalqları dini təsəvvürlərinin ünsürləri geniş yer tutur: “Oğuzların təsəvvürlərində Allah təkdir, qüdrətlidir, mərhəmət, kömək, var-dövlət və ölüm Onun ixtiyarındadır. Allah uca göydədir. O, heç bir şeylə müqayisə olunmayandır; “bütün dünyaların yaradıcısıdır””.[3]
2003-cü ildə nəşr olunan “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabında yazılır ki, Azərbaycan bayrağında öz əksini tapmış mavi (göy) rəng qədim türklərdə mövcud olmuş dini inanc – Tanrıçılıq dini ilə bağlıdır: “Qədim türklər Tanrıya (Allaha) “Göy Tanrı” deyə müraciət edirdilər. Onların inancına görə, göy (mavi) sözü səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy (mavi) rəng müqəddəs göyün olduğu kimi, həm də Tanrının (Allahın) simvolu idi. Bir əşyanı göy (mavi) boya ilə rəngləmək, yaxud həmin sözlə yanaşı işlətmək (“Göy Tanrı” ifadəsində olduğu kimi) əski türk mifik düşüncəsinə görə, müqəddəs, qutsal sayılırdı”.[4] Bu kitabda yazırlar ki, göy (mavi) rəngin türk varlığının, türklüyün simvolu kimi orta əsrlərdə və müasir dövrdə bir sıra türksoylu dövlətlərin bayraqlarında əks olunması, əski türklərdəki qədim inancın saxlanması kimi yozulmalıdır: “Deməli, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideoloji modelinin bir istiqamətini simvollaşdırmışdır”.[5] Bizə də elə gəlir ki, türkçülüyün simvolu olan göy (mavi) boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy boya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı – təkallahlılığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tanrıçılıqda isə göy boya tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tanrıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.
Seyfəddin Rzasoya görə, Oğuz mifologiyasında kosmos öz yaşam impulslarını xaosdan alır: kosmosla xaos arasında özünüyaratmanın mürəkkəb sinergetik strukturunu nəzərdə tutan dimamik əlaqə sistemi var. O, yazır: “Kosmosu təmsil edən fərdin xaosla istənilən əlaqəsinin vasitəsi, üsulu və funksional mexanizmi inisiasiya rituallarına müncər olunur. Demək, oğuz xaosunun bərpasının obyektində məhz ritual məkanı və onun struktur elementləri durmalıdır... Bu istiqamətdə apardığımız eksperimentlərdə dörd əsas nəticə əldə etmişik: birincisi, oğuz mifoloji düşüncəsində xaos ayrıca dünya şəklində təsəvvür olunmuş və “yalançı dünya” adlanmışdır; ikincisi, “yalan” və “yalançılıq” oğuz xaos modelinin uyğun olaraq əsas prinsip və davranış formulunu təşkil edir; “dəli” (semantemi) və “dəlilik” (statusu) bütün hallarda hər hansı şəkildə xaosla ritual bağlılığın işarə vahidləridir; dördüncüsü, oğuzların “kiçik ölüm” adlandırdıqları”yuxu” semantemi xaosa girib-çıxmanın mediativ mexanizmidir.[6]
Müəllifi bəlli olmayan “Oğuz Kağan” dastanı və qədim “Oğuznamə”lər əslində Oğuz Atanın özü ilə birbaşa bağlı olub, onun dünyagörüşünün əksidir. Yaxud da ilk “Oğuznamə”ləri müdriklərin başçısı, məsələn Ulu Türük (Uluq Turuk) qələmə almışdır. Aybək Dəvadarinin “Oğuznamə” haqqında yazdığı aşağıdakı fikirlər qədim “Oğuznamə” ilə bağlıdır: “Türklərdə çox önəmli bir kitab daha vardır. Bu kitaba türklər çox dəyər verirlər və əldən-ələ dolaşdı-rırlar. Adı Oğuznamədir. Bu kitabın içində Oğuzun günlük yaşamı, ilk kağan oluşu, adını və namını Oğuz olaraq alışı anladılmışdır...”.[7]
Qədim “Oğuznamə”lərdən biri uyğur “Oğuznamə”sidir. Uyğur “Oğuznamə”si digər “Oğuznamə”lərdən fərqli olaraq çox cüzi şəkildə İslam dininin təsirinə məruz qalmışdır. [8]
Uyğur “Oğuznamə”sində Oğuzun dünyaya gəlməsi belə yazılır:
...kene kunlerden bir kun Ay kağan nunq
Gözü yarıb butadı erkek oğul toğurdı.[9]
Qədim, ilk “Oğuznamə”lər sonralar “Atalar sözü”, “Ata sözləri” kimi də tarixə düşmüşdür. Əslində burada qeyd olunan “Ata” anlayışı bilgəliyi, müdrikliyi ifadə edir. Şübhəsiz, Türk tarixində ilk bilgə atalardan biri ya da birincisi yenə də Oğuz Atadır.
Oğuz Atanın dünya, həyat, ölüm, əxlaq, varlıq və digər məsələlər haqqında baxışlarını əks etdirən “Oğuznamə”lərin yeni variantları orta əsrlərdə qələmə alınmışdır. Həmin “Oğuznamə”lərdən birinin müəllifi 15-ci əsrdə Osmanlıda yaşamış Yazıçıoğlu Əlidir. Osmanlı padşahı II. Muradın istəyi ilə “Təvarix-i Ali Səlcuq” (“Səlcuqların tarixi”) əsərini qələmə alan Yazıçıoğlu Əli bu zaman Anadolu Səlcuqlu Dövlətinin tarixçisi İbn Bibinin “Əl-Əvamirül-Aliyyə fil-umuril-Aliyyə” və Fəzlullah Rəşidəddin Həmədaninin “Cami ət-Təvarix” adlı əsərlərindən, tarixi Oğuz əfsanələrindən və uyğurca yazılmış “Oğuznamə”dən istifadə etmişdir.
Yazıçıoğlu Əli “Təvarix-i Ali Səlcuq”un Oğuznamə bölümündə Oğuz Atanın düşüncələrinə geniş yer vermişdir. Həmin kitabda yazılır: “Oğuz Kağanın törə olaraq bəlirləyib vəsiyyət etdiyi; əxlaqi mövzuları içərən, hal və tavr anladan, ata sözləri və hikmətli sözlər, daha öncə yoxdu. Onun mübarək sözlərindən meydana gəldi. Yəni bu əxlaq qaydalarını bəlirləyən sözlər, hikmətli sözlər hal və tavr anladan sözləri o vəsiyyət olaraq söylədi. Bu sözlər törə halına gəldi”.[10]
“Təvarix-i Al-i Səlcuq”un Oğuznamə bölümündə Oğuz Atanın ya da Oğuz Kağanın buyurduğu törə və yasasından bir neçəsi bunlardır: “Oğuz Kağan buyurdu: Hər kim on kişilik bir topluluğu yönətəbilir, əlli kişilik bir topluluğu da yönətəbilir. İştə o, min bəyi olmaya layiqdir. Hər kim öz evinin düzənini düzəbilir və qurabilir, onbaşı olmaya layiqdir. Hər kim min kişilik bir topluluğu yönətəbilr, tümən bəyi olmaya layiqdir. Hər kim bir tüməni yönətə bilirsə boy başı olması uyğundur. O, bir boya xan ola bilər...
Oğuz Kağan buyurdu: Üç bilgənin doğru bulduğu sözü hər yerdə söyləmək gərəkir. Hər kişi öz sözünü, başqasının söylədiyi sözləri üç bilgənin söylədiyi sözlərlə qarşılaşdırsın. Əgər uyğun düşərsə onu söyləmək olur. Əgər söz, üç bilgənin sözlərinə tərs isə o sözü söyləməmək gərəkir...
Oğuz Kağan buyurdu: Heç quşqusuz ərinin yaxşı adını xatun kişi çıxarır. Bunun üzərinə xatun kişinin də topluluqlarda və məclislərdə yaxşı adı danışılır. Yaxşı ər, yaxşı xatun kişi vəsiləsi ilə olunur. Əgər xatun kişi yaramaz və pis bir qadın deyilsə belə erkəyinin yolsuzluğu və tədbirsizliyi yenə də qadından bilinir”....[11]
[1] Şükürov, A. Mifologiya. VI kitab//Qədim türk mifologiyası. Bakı, Elm, 1997, s.24
[2] Yenə orada, s.25-26
[3] Quluzadə Zümrüd. XI-XII əsrlərdə Azərbaycan fəlsəfəsi // Azərbaycan fəlsəfə tarixi. I cild. Bakı: “Elm”, 2014, s.181
[4] Mərdanov, M. və Quliyev, Ə. Azərbaycan Respublikasının dövlət rəmzləri. Bakı: Çaşıoğlu, 2003, s.80
[5] Yenə orada, s.81
[6] Rzasoy Seyfəddin. Oğuz mifologiyası. Bakı, “Nurlan”, 2009, s.142
[7] Demir, Necati (Ön sözün müellifi ve tertibçi). Türklerin en eski destani Ulu Han Ata Bitiği. İstanbul, Ötüken, 2018, s.77-78
[8] Bayat Füzuli. Oğuznamə(lər). Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı: Öndər nəşriyyatı, 2004, s.255-274
[9] Bayat Füzuli. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, Sabah, 1993, s.110
[10] Demir, Necati. Türklüğün Binlerce Yıllık Anayasası: Oğuz Kağan Töresi (Vasiyyetleri ve Öğütleri). İstanbul, Ötüken, 2018, s.29
[11] Yenə orada, s.33-34
Kəlbəcərin orta əsrlər tarixinin Dərələyəzlə bağlılığı
Şuşadan verilən mesajlar - Azərbaycanla hesablaşmamaq mümkün deyil
Bakı İsrailin qərarını necə dəyişdi? – Türkiyə Hersoqa icazə verməmişdi, sonra…
Moqolların türk tarixinə hörmətsizliyi…
Yapon ekoloji mədəniyyəti: nədən qaynaqlanır və bizə hansı mesajlar verir?
Oljas Süleymenov yaradıcılığı nəzəri baxışlar kontekstində
“Duxa Qoca oğlu Dəli Domrul” boyunda ölüm-olum təzadı - Mifoloji çalarlar
Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata
Zəhmətdən toxunan ömrün 80-ci ilməsi
URFAN DÜNYASI: Kərəmi çağırıb, Dilqəmi səslər…
“Deepfake” texnologiyalarının yaratdığı risklər: Mübarizə necə aparılmalıdır?
Azərbaycan texnoloji transformasiyanı sürətləndirir
Azərbaycan Türk Dünyasının Qızıl Körpüsü rolunda
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələ: enerji diplomatiyasından güvən coğrafiyasına…
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Nə baş verəcək? - Nostradamusun 2026-cı ilin ikinci yarısı üçün qorxulu PROQNOZLARI
Füzulidə yanğın: minalar partladı...
Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO
Hansı hallarda hərbi xidmətdən vaxtından əvvəl tərxis olmaq mümkündür?
Azərbaycan vətəndaşlar neçə ölkəyə tam sərbəst gedə bilir?
Paşinyanın sözləri İrəvanı qarışdırdı, Bakıda müəmma doğurdu – Məşhur kəndimiz qaytarılır?
Qədim dövr Türk fəlsəfəsi: Tanrıçılıq və Oğuz Ata
Nə baş verəcək? - Nostradamusun 2026-cı ilin ikinci yarısı üçün qorxulu PROQNOZLARI
Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
Kəlbəcərin orta əsrlər tarixinin Dərələyəzlə bağlılığı
Danışıqlara başlamağın vaxtıdır - Merz
Tramp bu saatda xalqa müraciət edəcək
Qiyməti ilə bazarı qarışdıracaq - “Volkswagen”in yeni modeli ortaya çıxdı
Ukraynadan Moskvaya AĞIR ZƏRBƏ
ABŞ-ın İran limanındakı obyekti vurma anı - VİDEO
İddia: İsrailin Əhmədinejad planı baş tutmadı
Şuşadan verilən mesajlar - Azərbaycanla hesablaşmamaq mümkün deyil
Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum oldu
Trampdan bazarları viran edəcək açıqlama: Yenə başladıq!
Füzulidə yanğın: minalar partladı...
Makron Hakan Fidanı Yelisey Sarayında qarşıladı
“Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsinə start verilib
Putin: Cavabımız daha güclü olacaq!
Təhlil: ABŞ və İran razılaşmağa məcbur qala bilər
Husilər: Səudiyyə Ərəbistanı hava limanını hədəfə alıblar
Alimlər elə bir şey tapdılar ki: Kimin 100 il yaşayacağını təxmin edə bilər
Özgür Özəl CHP-də seysmik dəyişiklik yaradacaq yeni bir addım atır
Tramp: İrana ağır zəbələr endirəcəyik
Cənubi Koreyanın keçmiş prezidenti 2 il həbs cəzası aldı
İnsan beyninin atlası yaradıldı: bu günə qədər ən ətraflı tədqiqat
Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Ukrayna yüzlərlə dronla Moskvaya hücum etdi
İsrail kəşfiyyatı İranın eks-prezidentini qaçırıbmış - ŞOK DETALLAR
“Şok endirim” hər zaman sərfəli deyil: İstehlakçılara vacib xəbərdarlıq
Tramp: Biz Hörmüz boğazına nəzarəti ələ keçiririk
Ermənistana Azərbaycan ərazisindən buğda yükü göndəriləcək
Hikmət Hacıyev Suriyanın informasiya naziri ilə görüşdü
Qarpız alarkən bu səhvləri etməyin: Zəhərlənmə və ölüm riski var
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Trampa hədiyyə edilən revolver digərlərindən fərqli imiş
Suriya: Makronun səfəri zamanı baş verən hücumun təşkilatçıları saxlanıldı
Azərbaycanın qonşusu yavaş-yavaş yanır - Ölkəmizə TƏSİRİ
“Sabah”dan sensasion İDDİA – Tramp təyyarəsini niyə dəyişdi?
Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi – Siyahı
Kürdlər İrana daxil oldular: Şiddətli döyüşlər başladı, ölənlər var
SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
Kartdan pul silinir, bank çiyinlərini çəkir, bunda təqsirkar olan “üçüncü tərəf” kimdir?
Rusiya Əfqanıstandan keçərək cənuba doğru irəliləyir
Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi
Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
Köçəryanın qaçış anı: Hava limanındakı görüntüləri yayıldı - VİDEO
Rusiya–Ukrayna savaşında yeni mərhələ: Həlledici döyüşlər başlayır? - ŞƏRH
Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - VİDEO
Rövşən Hüseynli: “Yolumuz Qarabağa – Kəlbəcərə aparan yol niyə hələ də bağlıdır?”
Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? – Video yayıldı
Rusiya hərbçiləri üçün dözülməz günlər başladı – Ölümcül planın arxasındakı AD
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 14 İyul 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















