Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təxminən 3000 ilədək yaşı olduğu güman edilən və alimlərin fikrincə, dünyanın ən qədim xəritəsi kimi qəbul edilən bu tarixi abidə nəhayət deşifrə edilib.
Belə ki, bu qədim Babildən olan gil lövhədə tanış bir hekayə danışılır.
AzPost bildirir ki, Böyük Britaniya Muzeyi təxminən 3000 il yaşı olduğu deyilən, qədim dünyanın əks olunduğu Babil xəritəsinin uzun illər gizli qalan sirrini həll edə bilib.
Coğrafi və mifoloji obyektlərin sxematik təsvirləri, həmçinin akkad dilində mətni olan gil lövhə dünyanın ən qədim xəritəsi hesab olunur.
Bu qədim xəritə İraqın Əbu Həbbə Sippar şəhərində tapılıb və nadir tapıntı 1882-ci ildən İngiltərəyə gətirilib.
Gil lövhə bu günə qədər Böyük Britaniya Muzeyində saxlanılır.
Yer adlarının formasına əsaslanan, İmaqo Mundi kimi tanınan artefakt eramızdan əvvəl 7-ci əsrə aiddir.