Qədim romalılar sərvətlərini məharətlə idarə edib: Nəyə investisiya qoyublar? | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün olduğu kimi, qədim dövrlərdə də insanlar pulların investisiya edilməsinin sərvətin qorunmasına və artırılmasına kömək etdiyini anlayıblar.
Qayanrinfo xəbər verir ki, "Livescience”in yazdığına görə, varlı qədim romalılar əsasən qızıl və gümüş alıblar.
Bu, ən populyar investisiya vasitələrindən biri hesab olunub.
Adətən qiymətli metallar ya külçə şəklində, ya da zərgərlik məmulatları kimi saxlanılıb.
Qeyd olunur ki, bu cür əşyaların saxlanılması oğurluq riski daşıdığı üçün metallar çox vaxt xüsusi anbarlarda və ya seyflərdə qorunub.
Roma yazıçısı Siseron zəngin bir qadının kiməsə borc vermək istədikdə seyfdən qızıl çıxardığını təsvir edib.
Daha sonra həmin qızıl sikkələrə dəyişdirilə bilib. Qiymətli metallarla ticarət zamanı romalılar onları çəkiyə görə satıblar.
Tam oxu
Xəbəri oxu