Qədim romalılar sərvətlərini məharətlə idarə edib: Nəyə investisiya qoyublar?
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün olduğu kimi, qədim dövrlərdə də insanlar pulların investisiya edilməsinin sərvətin qorunmasına və artırılmasına kömək etdiyini anlayıblar.
Qayanrinfo xəbər verir ki, "Livescience”in yazdığına görə, varlı qədim romalılar əsasən qızıl və gümüş alıblar. Bu, ən populyar investisiya vasitələrindən biri hesab olunub. Adətən qiymətli metallar ya külçə şəklində, ya da zərgərlik məmulatları kimi saxlanılıb.
Qeyd olunur ki, bu cür əşyaların saxlanılması oğurluq riski daşıdığı üçün metallar çox vaxt xüsusi anbarlarda və ya seyflərdə qorunub.
Roma yazıçısı Siseron zəngin bir qadının kiməsə borc vermək istədikdə seyfdən qızıl çıxardığını təsvir edib. Daha sonra həmin qızıl sikkələrə dəyişdirilə bilib.
Qiymətli metallarla ticarət zamanı romalılar onları çəkiyə görə satıblar. Əgər qızıl, gümüş və ya bürünc zinət əşyalarının və ya digər predmetlərin hazırlanmasında istifadə olunurdusa, bu məmulatlar yenidən əridilərək külçəyə çevrilə biliblər.
Bir sıra Roma vəsiyyətnamələri də insanların varislərinə gümüş və qızılı məhz külçə, lövhə və ya çubuq formasında qoyduğunu təsdiqləyir.
Metallardan əlavə, kənd təsərrüfatı məhsulları da böyük tələbat görüb. Xüsusilə taxıl, zeytun yağı və şərab geniş yayılmış investisiya vasitələri olub. Bu məhsullardan gəlir əldə etmək üçün insanlar torpaq alır və bazarda bu mallarla ticarət ediblər.
Roma dövlət xadimi Katon hesab edirdi ki, əsas istehlak məhsullarının istehsalına pul yatırmaq ən təhlükəsiz investisiyadır. Onun fikrincə, bu cür məhsullar iqtisadiyyatda gözlənilməz dalğalanmalara daha davamlı olub.
Qiymətli metallar sərvətin qorunması vasitəsi sayılsa da, satılmadığı halda gəlir gətirməyib. Kənd təsərrüfatı məhsullarından ibarət şaxələndirilmiş portfel isə sabit gəliri təmin edib.
İnsanlar həmçinin sənət əsərləri kimi dəyərli mallara da investisiya edir və onlarla ticarət aparıblar.
Nəşr xatırladır ki, romalılar eramızdan əvvəl 146-cı ildə Korinf şəhərini talan etdikdən sonra məşhur sənət əsərlərindən ibarət kolleksiyanı ələ keçirib və Roma dövlətinə gəlir gətirmək üçün onları auksionda böyük məbləğlərə satıblar.
Həmin auksionda Perqam kralı Attal II eramızdan əvvəl IV əsrdə yaşamış Fivli rəssam Aristeidin bir əsərini inanılmaz məbləğə – 100 talanta, yəni təxminən 2500 kiloqram gümüşə alıb.
Nəşr yekunlaşdırır ki, 2000 il əvvəl əmtəələrə investisiya qoyuluşu şəxsi sərvətin artmasına kömək edə bilsə də, bu proses bu gün olduğu kimi müəyyən risklərlə müşayiət olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 Yanvar 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















