Icma.az, Bakupost portalına istinadən məlumat yayır. Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi, Türk Dünyası
Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səslənib.
Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən qısa film izlənilib.Türk Dünyası Gənclər Təşkilatının sədr müavini Ziyad Ağayev öz çıxışında bildirib ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq.
2016-cı ildə düşmən təxribatının qarşısını almaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın – qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrilib.
Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq.
Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışıb.Qeyd edib ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub.
Aprel və Zəfər döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından və vətənin azadlığı uğrunda döyüşlərdə türk insanına məxsus olan döyüş ruhunun onlara güc verməsindən danışıblar Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyinin müəllifi , türk dünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk də iştirak edib.Aida Eyvazlı Göytürk 2016-cı ilin ilk aprel günlərində başlanan döyüşün bugünkü qələbəmizin müjdəçisi olduğunu deyib.
Öz çıxışında apreldə həmin o zəfər ismarıcı ilə dolu olan günlərdə şəhid olan hər bir şəhidin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin söhbətlərini qələmə alarkən bugünkü Zəfərə inandığını söyləyib.