Icma.az
close
up
RU
“Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirildi

“Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirildi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi, Türk Dünyası Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirilib.

Bakupost.az xəbər verir ki, tədbirdə universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərində iştirak edən hərbçi və qazilər də iştirak edirdilər. Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səslənib. Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən qısa film izlənilib.

Türk Dünyası Gənclər Təşkilatının sədr müavini Ziyad Ağayev öz çıxışında bildirib ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq. 2016-cı ildə düşmən təxribatının qarşısını almaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın – qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrilib. Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq. Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışıb.

Qeyd edib ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub. Aprel və Zəfər döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və döyüşçü Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından və vətənin azadlığı uğrunda döyüşlərdə türk insanına məxsus olan döyüş ruhunun onlara güc verməsindən danışıblar Aprel döyüşləri şəhidlərinin xatirəsinə və qazilərin keçdikləri qəhrəmanlıq yoluna həsr olunmuş tədbirdə “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyinin müəllifi , türk dünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk də iştirak edib.

Aida Eyvazlı Göytürk 2016-cı ilin ilk aprel günlərində başlanan döyüşün bugünkü qələbəmizin müjdəçisi olduğunu deyib. Öz çıxışında apreldə həmin o zəfər ismarıcı ilə dolu olan günlərdə şəhid olan hər bir şəhidin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin söhbətlərini qələmə alarkən bugünkü Zəfərə inandığını söyləyib. Ali Baş Komandan İlham Əliyevin və onun müzəffər əsgərlərinin qazandığı Zəfəri türk dünyasının zəfəri, Qarabağın düşməndən azad olmasını isə Türk Dövlətləri Təşkilatının yaranmasına bir ümid və inam verdiyini söyləyib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı özünün bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa edib. Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri