525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qəlbi vətən eşqi ilə döyünən Tosif Abdullayev 44 günlük haqq savaşımız başlayan andan göz qırpmadan düşmənə qarşı döyüşüb.
Son nəfəsinə qədər ermənilərin kabusuna çevrilən Tosif ömrünün 22-ci baharında əbədiyyətə qovuşsa da, qəhrəmanlığı dillərdə dastana dönüb.
İndi təkcə dünyaya göz açdığı Cəlilabad rayonunun Qara Kazımlı kəndi deyil, bütün Azərbaycan xalqı onu əsl övlad kimi ürəyində bəsləyir.
Harada bir günəş müqəddəsliyi var, qəhrəman Vətən sevdalısının sorağı oradan gəlir.
Əlçatmaz, ünyetməz göylərdə parlaq ulduz ömrünü yaşayan Tosif Abdullayev dövlət tərəfindən də "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Mənfur düşmənin xalqımıza qarşı apardığı yersiz torpaq iddiaları, Qarabağımızın ədalətsiz işğalı bütün qeyrətli vətən övladları kimi Tosifi də narahat edib.
Odur ki, 2017-ci ildə əsgərlik yaşı çatanda yağıdan qisas almaq məqsədilə ordu sıralarına gedib.