Icma.az
close
up
RU
Qəhrəmanlıq salnaməsi

Qəhrəmanlıq salnaməsi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəlbi vətən eşqi ilə döyünən Tosif  Abdullayev 44 günlük haqq savaşımız başlayan andan göz qırpmadan düşmənə qarşı döyüşüb. Son nəfəsinə qədər ermənilərin kabusuna çevrilən Tosif ömrünün 22-ci baharında əbədiyyətə qovuşsa da, qəhrəmanlığı dillərdə dastana dönüb. İndi təkcə dünyaya göz açdığı Cəlilabad rayonunun Qara Kazımlı kəndi deyil, bütün Azərbaycan xalqı onu əsl övlad kimi ürəyində bəsləyir. Harada bir günəş müqəddəsliyi var, qəhrəman Vətən sevdalısının sorağı oradan gəlir. Əlçatmaz, ünyetməz göylərdə parlaq ulduz ömrünü yaşayan Tosif Abdullayev dövlət tərəfindən də "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Mənfur düşmənin xalqımıza qarşı apardığı yersiz torpaq iddiaları,  Qarabağımızın ədalətsiz işğalı bütün qeyrətli vətən övladları kimi Tosifi də narahat edib. Odur ki, 2017-ci ildə əsgərlik yaşı çatanda yağıdan qisas almaq məqsədilə ordu sıralarına gedib. Vətənin keşiyində ayıq-sayıq dayanıb, düşməndən qisas almaq üçün məqam axtarıb. Xidmət etdiyi hərbi hissədə cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi, ən əsası düşünülmüş ağıllı hərəkətləri ilə böyük hörmət sahibi olub. Təlimlərdə xüsusi fəallıq göstərib. Ürəyində bir istək vardı: mübarizə meydanında mənfur yağını qırıb zəbt edilmiş Vətən torpaqlarının və şəhidlərin qisasını almaq. Həmişə də əsgər yoldaşlarına deyib: "Qarabağımızın torpağına-daşına şəhid qanı həkk olunub. Unutmaq olmaz ki, erməni dığalarının belə bir müqəddəs yerə ayaq qoyması günahdır. Vətən öz qeyrətli övladlarından əsir Qarabağın azadlığını istəyir".

Tosif Abdullayev üzüağ əsgərliyini başa vurub. Amma Vətənin bir parçası düşmən tapdağı altında olduğu üçün dalda-bucaqda gün keçirməyi heç cür şəxsiyyətinə sığışdıra bilməyib. Elə Qarabağın azadlığı naminə həyatını hərbiyə bağlayıb. 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb. Aldığı tapşırıqları, xidməti vəzifəsini ləyaqətlə yerinə yetirib. Düşmənə öz gücünü göstərməkdən ötrü cəbhə bölgələrində keçirilən sınaq təlimlərini uğurla başa vurub. Qanında vətən eşqi, torpaq sevgisi olan Tosif Abdullayev seçdiyi peşəyə görə qürur duyub, bunu  özünə şərəf bilib və bildirib ki, son damla qanına qədər düşmənlə vuruşub qisas alacaq. Bunu özünə vətən qarşısında ən müqəddəs borc sayıb.

44 günlük müharibənin başlandığı ilk gündən Tosif ən qaynar nöqtələrdə düşmənlə döyüşə girib. Göstərdiyi hünər, yağıya vurduğu  zərbələr gündən-günə artıb. Neçə-neçə ağır döyüşdən uğurla qayıdıb. Vətənə olan sevgisi, qəhrəmanlığı yeni-yeni zəfərlərlə nəticələnib. Oktyabrın 14-də Suqovuşanda son gülləsinə kimi düşmənə göz  açmağa imkan vermir. Özü şəhid olsa da, daha bir zəfər bayrağımız göylərə ucalıb.

Zəfər ORUCOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri