Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Havaların soyuması və yağışlı keçməsi insanlarda qəhvəyə olan tələbatı artırır.
Lakin düzgün hazırlanmadıqda qəhvə orqanizmə zərərli ola bilər.
Bəs insanlar üz tutduqları kafe və restoranlarda hazırlanan qəhvələrin düzgün hazırlanıb-hazırlanmadığını necə müəyyən edə bilərlər?
Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, qəhvənin sağlamlığa faydalı olması onun necə hazırlanmasından, hansı avadanlıqda və hansı gigiyenik şəraitdə təqdim edilməsindən asılıdır.
O qeyd etdi ki, restoranda hazırlanan qəhvənin düzgün olub-olmadığını istehlakçı bir neçə əsas meyarla müəyyən edə bilər: "Ən kritik məqam avadanlığın təmizliyidir.
Kofe aparatının içindəki yağlar və qəhvə qalıqları təmizlənmədikdə qəhvənin dadı acılaşır və bakterioloji risk yaradır.
Barista hər istifadə sonrası porta-filtri təmizləməlidir. Aparatdan gələn buxarın qoxusu kəskin və ya turş olmamalıdır.