Icma.az
close
up
RU
Qəhvənin düzgün hazırlandığını belə test etmək olar Mütəxəssisdən AÇIQLAMA

Qəhvənin düzgün hazırlandığını belə test etmək olar Mütəxəssisdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Havaların soyuması və yağışlı keçməsi insanlarda qəhvəyə olan tələbatı artırır. Lakin düzgün hazırlanmadıqda qəhvə orqanizmə zərərli ola bilər.

Bəs insanlar üz tutduqları kafe və restoranlarda hazırlanan qəhvələrin düzgün hazırlanıb-hazırlanmadığını necə müəyyən edə bilərlər?

Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, qəhvənin sağlamlığa faydalı olması onun necə hazırlanmasından, hansı avadanlıqda və hansı gigiyenik şəraitdə təqdim edilməsindən asılıdır.

O qeyd etdi ki, restoranda hazırlanan qəhvənin düzgün olub-olmadığını istehlakçı bir neçə əsas meyarla müəyyən edə bilər:

"Ən kritik məqam avadanlığın təmizliyidir. Kofe aparatının içindəki yağlar və qəhvə qalıqları təmizlənmədikdə qəhvənin dadı acılaşır və bakterioloji risk yaradır. Barista hər istifadə sonrası porta-filtri təmizləməlidir. Aparatdan gələn buxarın qoxusu kəskin və ya turş olmamalıdır. Süd qəhvənin ən tez korlana bilən hissəsidir. Barista soyuq süd istifadə etməli, artıq isidilmiş südü təkrar qızdırmaqdan çəkinməlidir, çünki bu, yanıq dadı yaradır, südün tərkibini pozur və bakteriya artımı riskini artırır. Qəhvənin üyüdülmə vaxtı da dad üçün önəmlidir. Espresso üçün üyüdülmüş qəhvə 30-60 saniyədən sonra oksidləşməyə başlayır, buna görə barista qəhvəni sifariş zamanı üyütməlidir. Əgər üyüdülmüş qəhvə qaba yığılırsa, bu dadın köhnəlməsinə səbəb olur. Suyun keyfiyyəti də qəhvənin dadına birbaşa təsir göstərir. Keyfiyyətsiz və ya filtrasiyasız su dadı poza, mineral daşlaşmasına səbəb ola və mexanizmdə çöküntü yaradaraq zərərli maddələrin ayrılmasına gətirə bilər".

Müsahibimizin fikrincə, qəhvənin dadında metal və ya kəskin acı çalarlar hiss olunursa, su düzgün olmaya bilər.

"İstehlakçı üçün ən sadə test dad testidir. Düzgün hazırlanmış qəhvə nə çox acı, nə çox turş, nə də yandırılmış dad verməməlidir. İnsanlar sadəcə dadla deyil, vizual və davranış əlamətləri ilə də qəhvənin düzgün hazırlanıb-hazırlanmadığını anlaya bilərlər. Aparat təmiz olmalı, istifadə olunan süd təkrar qızdırılmamalı, qəhvə isə sifariş zamanı üyüdülməlidir", - deyə Fərid Səfərov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri