Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Filologiya elmləri doktoru, professor, Atatürk Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, eks-deputat Nizami Cəfərov Modern.az-a geniş müsahibə verib.- Nizami müəllim, 25 il deputat olmusunuz, son seçkilərdə iştirak etmədiniz.
Uzun müddətdən sonra Milli Məclisdən uzaqlaşmaq sizi darıxdırmır?
- 25 il deputatlıq kimi kütləvi və miqyaslı işdə çalışandan sonra adam təbii ki, darıxmalıdır.
Amma mən IV seçkidən sonra artıq qərar vermişdim ki, yavaş-yavaş buradan uzaqlaşmaq lazımdır.
Təxminən 10 il indiki həyata adaptasiya olmağa çalışmışam. Ona görə də darıxmaq yoxdur.
Mənim siyasi-ictimai fəaliyyətimdən başqa akademik və elmi karyeram da var.
O məni heç vaxt tərk etməyib, mən akademik həyatdan uzaqlaşsam, darıxaram.