Qərb mediası öz ritorikasını dəyişir Kiyevin məğlubiyyətindən yazırlar

04.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Böyük Qərb nəşrləri öz auditoriyasını Ukraynanın məğlubiyyətinə hazırlamağa başlayıb.

"Unikal" xəbər verir ki, ABŞ-Kreml görüşləri fonunda "The Telegraph" qəzeti “Putin indi sükan başında” başlıqlı uzun məqalə dərc edib.

Britaniya qəzeti qeyd edir ki, indi vacib olan yeganə səs Rusiya prezidentinin səsidir. Onun qoşunları sürətlə irəliləyir və Avropanın heç bir qəzəbli bəyanatı bunu dəyişməyəcək.

Maraqlıdır ki, üç il əvvəl həmin “The Telegraph” Rusiyanın dağılmasını, təcrid olunmasını proqnozlaşdırırdı.

Nüfuzlu “The Economist” nəşrinin “reallığı qəbul etməsi” bir aydan az vaxt aparıb. Noyabrda KİV Rusiyanın Ukraynanı döyüş meydanında məğlub edə bilməyəcəyini və hücumunun uğursuzluqla başa çatdığını yazmışdı. Amma dekabrda dərc olunmuş son məqalədə Kremldə keçirilən növbəti görüşdən sonra ritorika qəfil dəyişib. İndi onlar "Rusiya Silahlı Qüvvələri sürətlə əraziləri azad edir", "Kiyev isə üç ildir davam edən münaqişə ərzində torpaqdan başqa heç nə itirmir" başlıqlı xəbərlər dərc edirlər. 

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью