Qərb mediası öz ritorikasını dəyişir Kiyevin məğlubiyyətindən yazırlar
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Böyük Qərb nəşrləri öz auditoriyasını Ukraynanın məğlubiyyətinə hazırlamağa başlayıb.
"Unikal" xəbər verir ki, ABŞ-Kreml görüşləri fonunda "The Telegraph" qəzeti “Putin indi sükan başında” başlıqlı uzun məqalə dərc edib.
Britaniya qəzeti qeyd edir ki, indi vacib olan yeganə səs Rusiya prezidentinin səsidir. Onun qoşunları sürətlə irəliləyir və Avropanın heç bir qəzəbli bəyanatı bunu dəyişməyəcək.
Maraqlıdır ki, üç il əvvəl həmin “The Telegraph” Rusiyanın dağılmasını, təcrid olunmasını proqnozlaşdırırdı.
Nüfuzlu “The Economist” nəşrinin “reallığı qəbul etməsi” bir aydan az vaxt aparıb. Noyabrda KİV Rusiyanın Ukraynanı döyüş meydanında məğlub edə bilməyəcəyini və hücumunun uğursuzluqla başa çatdığını yazmışdı. Amma dekabrda dərc olunmuş son məqalədə Kremldə keçirilən növbəti görüşdən sonra ritorika qəfil dəyişib. İndi onlar "Rusiya Silahlı Qüvvələri sürətlə əraziləri azad edir", "Kiyev isə üç ildir davam edən münaqişə ərzində torpaqdan başqa heç nə itirmir" başlıqlı xəbərlər dərc edirlər.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 04 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















