Qərb Rusiyanın neft gəlirlərini kəsməyə hazırlaşır | Icma.az
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
- + G7 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, İtaliya, Kanada və Almaniya) Rusiya neftinin qiymət tavanının indiki 60 dollar/bareldən 40 dollara endirilməsi imkanını müzakirə edirlər.
Tribunainfo.az xəbər verir ki, bunu diplomatik mənbələrə istinadən “Bloomberg” agnetliyi yayıb.
Qeyd olunur ki, G7-yə üzv ölkələr Rusiya xam neftinin emalına tam qadağa qoyulmasını da nəzərdən keçirir.
Bu tədbirlərin tərəfdarları hesab edirlər ki, onlar Kremlin Ukraynaya qarşı işğalçılıq müharibəsini davam etdirmək üçün ehtiyac duyduğu maliyyə imkanlarını məhdudlaşdırmalıdırlar.G7-dəki Qərb tərəfdaşları Rusiya neft ticarətinə yeni sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı hələlik razılığa gələ bilməyiblər.
Rusiyanın “Kommersant” qəzeti yazır ki, söhbət mümkün nəticələrin beynəlxalq neft ticarətinin ümumi balansına və digər sahələrə təsirindən gedir.
Qərb ölkələri dəfələrlə bəyan ediblər ki, Rusiya öz neftini daşıyan tankerlərin “kölgə donanmasından” istifadə edir.
Moskva hazırda bu yolla neftini sanksiyalara qoşulmayan ölkələrə aktiv şəkildə satmaqda davam edir.
Tam oxu
Xəbəri oxu