Qərb Rusiyanın neft gəlirlərini kəsməyə hazırlaşır
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
- +
G7 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, İtaliya, Kanada və Almaniya) Rusiya neftinin qiymət tavanının indiki 60 dollar/bareldən 40 dollara endirilməsi imkanını müzakirə edirlər. Tribunainfo.az xəbər verir ki, bunu diplomatik mənbələrə istinadən “Bloomberg” agnetliyi yayıb. Qeyd olunur ki, G7-yə üzv ölkələr Rusiya xam neftinin emalına tam qadağa qoyulmasını da nəzərdən keçirir.
Bu tədbirlərin tərəfdarları hesab edirlər ki, onlar Kremlin Ukraynaya qarşı işğalçılıq müharibəsini davam etdirmək üçün ehtiyac duyduğu maliyyə imkanlarını məhdudlaşdırmalıdırlar.G7-dəki Qərb tərəfdaşları Rusiya neft ticarətinə yeni sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı hələlik razılığa gələ bilməyiblər. Rusiyanın “Kommersant” qəzeti yazır ki, söhbət mümkün nəticələrin beynəlxalq neft ticarətinin ümumi balansına və digər sahələrə təsirindən gedir.
Qərb ölkələri dəfələrlə bəyan ediblər ki, Rusiya öz neftini daşıyan tankerlərin “kölgə donanmasından” istifadə edir. Moskva hazırda bu yolla neftini sanksiyalara qoşulmayan ölkələrə aktiv şəkildə satmaqda davam edir.
Xatırladaq ki, G7 ölkələri, həmçinin Aİ və Avstraliya 2022-ci ilin dekabrında Rusiya neftinə qiymət tavanı tətbiq edib, İsveçrə isə sonradan onlara qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















