Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması ilə bağlı qərar qəbul edilib.
Bəs bu ensiklopediyada nə əks olunacaq? Ensiklopediya çap formatda, yoxsa elektron variantda olacaq?
Mövzu ilə bağlı Modern.az-ın suallarını Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli cavablandırıb.
Onun sözlərinə görə, Qərbi Azərbaycan coğrafiyasına daxil olan ərazilər son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır və Qərbi Azərbaycan arealı bütövlükdə ümumazərbaycan etnomədəni sisteminin tərkib hissəsidir: “Ona görə də bu ərazilərin tarixi, coğrafiyası, maddi və mənəvi dəyərləri və s.
ilə bağlı hər şey Azərbaycan elmi-ictima-siyasi fikrinin maraq dairəsindədir.
Təbii ki, belə olan təqdirdə Qərbi Azərbaycan Ensiklopediyasının nəşri vacib məsələdir.
Həm də bu, təkcə Qərbi Azərbaycan İcmasının məsələsi yox, bütövlükdə Azərbaycan elminin məsələsidir.