Icma.az
close
up
RU
“Qərbi Azərbaycan Ensiklopediyası strateji nəşr kimi kütləvi tirajla çap ediləcək”

“Qərbi Azərbaycan Ensiklopediyası strateji nəşr kimi kütləvi tirajla çap ediləcək”

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması ilə bağlı qərar qəbul edilib. Bəs bu ensiklopediyada nə əks olunacaq? Ensiklopediya çap formatda, yoxsa elektron variantda olacaq?

Mövzu ilə bağlı Modern.az-ın suallarını Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli cavablandırıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycan coğrafiyasına daxil olan ərazilər son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır və Qərbi Azərbaycan arealı bütövlükdə ümumazərbaycan etnomədəni sisteminin tərkib hissəsidir:

“Ona görə də bu ərazilərin tarixi, coğrafiyası, maddi və mənəvi dəyərləri və s. ilə bağlı hər şey Azərbaycan elmi-ictima-siyasi fikrinin maraq dairəsindədir. Təbii ki, belə olan təqdirdə Qərbi Azərbaycan Ensiklopediyasının nəşri vacib məsələdir. Həm də bu, təkcə Qərbi Azərbaycan İcmasının məsələsi yox, bütövlükdə Azərbaycan elminin məsələsidir. Təsadüfi deyil ki, bu işin icrası AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinə həvalə edilib. Hazırda hər bir ensiklopediyanın yazılışında olduğu kimi, Qərbi Azərbaycan Ensiklopediyasının da yazılışının ilkin mərhələsində onun sözlüyünün hazırlanması prosesi gedir və bu işə AMEA-nın rəhbərliyi tərəfindən AMEA-nın bütün elmi-tədqiqat institutları səfərbər edilib. Bu günlərdə sözlüyün ilkin varintı Qərbi Azərbaycan İcmasına təqdim edilib və İcmanın Elm Komissiyası tərəfindən nəzərdən keçirilib. Hazırda sözlük Elm Komissiyasının alt komissiyalarında təkmilləşdirilmə mərhələsindədir”.

Millət vəkili qeyd edib ki, ensiklopediya spesifik sahədir, bura daxil edilən məsələlərin seçimində və oçerklərin yazılışında ciddi tələblər mövcuddur:

“Azərbaycan Milli Ensiklopediyasında hazırda bu sahədə kifayət qədər peşəkar kollektiv fəaliyyət göstərir. Ona görə də hələlik təkcə bunu deyə bilərəm ki, hər bir ensiklopediyada hansı məsələlər ehtiva olunursa, Qərbi Azərbaycan Ensiklopediyasında da həmin məsələlər öz əksini tapacaq. O ki qaldı bu ensiklopediyanın nəşr məsələsinə, şübhəsiz ki, bu, həm də strateji məsələ olduğu üçün, mütləq çoxcildlik şəklində və tələbata uyğun olaraq kütləvi tirajla çap ediləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Fevral 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri