Qərbi Azərbaycan məktəbləri: Kəsəməndə təhsilin zəngin tarixi və MƏZUNLARI | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İrəvan quberniyasının Novobayazid qəzasında yerləşən Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III-V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri olmuşdur.
1387-ci ildən 1500-cü ilə qədər isə Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənlərindən biri olub.Kəndin yaranma tarixi isə XVI əsrdə (1500-cü ildə) Şeşəlilər tayfasının Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına köçməsi ilə başlayıb.
Şeşə Əlinin oğlanları, Emin və Səfər qardaşları, bu ərazinin çox bəyəndikləri üçün burada daimi yaşayış məskəni salmışlar və kəndin himini qoymuşlar.Kəndin adı ilk gündən 1988-ci ilin dekabrına qədər iki dəfə dəyişdirilmişdir.
1500-cü ildən 1978-ci ilə qədər kənd Kəsəmən adı ilə tanınıb, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər isə Bahar adı verilmişdir.
Kəsəmən toponimi, Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlı olub və bu, Kəsəmən tayfasının adını əks etdirir.Kənd, rayon mərkəzi olan Basarkeçərdən 15 km məsafədə yerləşir.
25 yanvar 1978-ci ildə kəndin adı Bahar, 19 aprel 1991-ci ildən isə Arpunk adlandırılmışdır.Kəsəməndə təhsil alan Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Müseyib oğlu Abbasov qeyd edib ki, Kəsəmən kəndindəki məktəb 1942-1943-cü illərdə tikilib.“Bir il sonra məktəb 8 illik təhsil müəssisəsinə çevrildi.
1966-cı ildə isə kənddə yeni və müasir bir məktəb inşa edilərək istifadəyə verildi.
Tam oxu
Xəbəri oxu