Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Vətən həsrəti nənəmin səs tonunda, yanğısında görünür" adlı veriliş əslən Zəngibasar mahalından olan üçüncü nəsil Qərbi azərbaycanlı Fatimə Süleymanovanın həyat hekayəsinə həsr olunub.
O, nənəsinin Zəngibasar rayonunun Uluxanlı kəndində, ata babasının isə İrəvanda doğulduğunu, ev-eşik, təsərrüfat sahibi olduğunu deyib: "Onlar XX əsrin ortalarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı, qəsdən köçürmə siyasətinin qurbanı olub, 1948-1953-cü illərdə qəsdən deportasiya ediliblər.
Nənəm danışırdı ki, məcburi şəkildə yük vaqonlarında məişət əşyaları, hətta mal-qara ilə birlikdə Sabirabada köçürülüblər, orada çox çətin şəraitdə yaşayıblar.
Onlar Vətən həsrəti ilə dünyadan köçüblər". Onun sözlərinə görə, babası zəngin şəxs olub: "Nənəmin atasının çoxlu qızılları, dəyirmanı, atla
Ermənilər onu İrəvanda həbs ediblər. Uzun müddət onu həbsdə saxlayıblar, qızılların yerini öyrənmək üçün tələ qurublar.
Onu həyat yoldaşı ilə həbsdə görüşdürüb və onların söhbətinə gizli qulaq asıblar.