Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Biz üç nəsildir dədə baba torpaqlarımızdan uzaq qalmışıq

Qərbi Azərbaycan Xronikası: Biz üç nəsildir dədə baba torpaqlarımızdan uzaq qalmışıq

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Vətən həsrəti nənəmin səs tonunda, yanğısında görünür" adlı veriliş əslən Zəngibasar mahalından olan üçüncü nəsil Qərbi azərbaycanlı Fatimə Süleymanovanın həyat hekayəsinə həsr olunub.

O, nənəsinin Zəngibasar rayonunun Uluxanlı kəndində, ata babasının isə İrəvanda doğulduğunu, ev-eşik, təsərrüfat sahibi olduğunu deyib: "Onlar XX əsrin ortalarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı, qəsdən köçürmə siyasətinin qurbanı olub, 1948-1953-cü illərdə qəsdən deportasiya ediliblər. Nənəm danışırdı ki, məcburi şəkildə yük vaqonlarında məişət əşyaları, hətta mal-qara ilə birlikdə Sabirabada köçürülüblər, orada çox çətin şəraitdə yaşayıblar. Onlar Vətən həsrəti ilə dünyadan köçüblər".

Onun sözlərinə görə, babası zəngin şəxs olub: "Nənəmin atasının çoxlu qızılları, dəyirmanı, atları olub. Ermənilər onu İrəvanda həbs ediblər. Uzun müddət onu həbsdə saxlayıblar, qızılların yerini öyrənmək üçün tələ qurublar. Onu həyat yoldaşı ilə həbsdə görüşdürüb və onların söhbətinə gizli qulaq asıblar. Qızılların yerini həyat yoldaşına bildirəndə ermənilər eşidib və gedib götürüblər, dəyirmanını da ələ keçiriblər. Çox acınacaqlı həyat sürüb, zirzəmidə saxlayıb orada xəstəlikdən öldürüblər".

F.Süleymanova Qərbi Azərbaycanla bağlı araşdırma apardığını, qohumlarının çoxunun Vətən həsrətindən həyatdan köçdüklərini, oranın tarixini, mədəniyyətini dünya miqyasına çatdırmağın vacibliyini söyləyib: "Biz dədə-baba torpaqlarımızdan uzaq qalmışıq, Vətən həsrəti ilə yaşayırıq. Babam doğma torpağını, yurd-yuvasını görə bilmədi. Mən üçüncü nəsil Qərbi Azərbaycan nümayəndəsi olaraq istərdim ki, torpaqlarımıza qayıdım, Uluxanlı kəndində, İrəvanın özündə nənəmin, babamın evini-eşiyini, yaşadıqları yeri görüm, axtarım, tapım, yaxınlarımın məzarını ziyarət edim. Oralar bizim ata-baba yurdumuzdur. Orada soy-kökümüz, tariximiz, mədəniyyətimiz var. Mütləq şəkildə o torpaqlara qayıdış olmalıdır. İnanıram ki, biz mütləq şəkildə torpaqlarımıza qayıdacaq və orada yaşayıb yaradacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri