Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayonları üzrə icma sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı olub.
O, Qərbi Azərbaycanın Hamamlı və Cəlaloğlu rayonlarından, həmçinin doğulub boya-başa çatdığı Qursalı kəndindən geniş söhbət açıb.
Bildirib ki, Hamamlı rayonunun ərazisi müalicəvi əhəmiyyət daşıyan mineral su ilə zəngin olub. Elə rayonun adı da bununla bağlıdır.
Tarixən bu ərazilərdə Azərbaycan türkləri yaşayıb. Lakin İrəvan xanlığının işğalından sonra Çar Rusiyası Qərbi Azərbaycanın əksər bölgələrin
Bunun sayəsində rayonun 23 kəndindən 20-də bir nəfər də olsun azərbaycanlı qalmayıb. Həmin kəndlərə xaricdən ermənilər köçürülüb.
Qalan üç kənddən birində - Qızılörəndə azərbaycanlılarla ermənilər qarışıq, Qursalı və Saral kəndlərində isə yalnız soydaşlarımız yaşayıblar.