Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Qərbi Azərbaycan Xronikası: Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib

Qərbi Azərbaycan Xronikası: Ermənistan Hamamlının tarixi adını Spitakla əvəzləyib

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayonları üzrə icma sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı olub.

O, Qərbi Azərbaycanın Hamamlı və Cəlaloğlu rayonlarından, həmçinin doğulub boya-başa çatdığı Qursalı kəndindən geniş söhbət açıb.

Bildirib ki, Hamamlı rayonunun ərazisi müalicəvi əhəmiyyət daşıyan mineral su ilə zəngin olub. Elə rayonun adı da bununla bağlıdır. Tarixən bu ərazilərdə Azərbaycan türkləri yaşayıb. Lakin İrəvan xanlığının işğalından sonra Çar Rusiyası Qərbi Azərbaycanın əksər bölgələrində olduğu kimi, Hamamlıda da zorla köçürülmə siyasətinə üstünlük verib. Bunun sayəsində rayonun 23 kəndindən 20-də bir nəfər də olsun azərbaycanlı qalmayıb. Həmin kəndlərə xaricdən ermənilər köçürülüb. Qalan üç kənddən birində - Qızılörəndə azərbaycanlılarla ermənilər qarışıq, Qursalı və Saral kəndlərində isə yalnız soydaşlarımız yaşayıblar. Müsahibin sözlərinə görə, SSRİ dövründə Hamamlı rayonunun adı dəyişdirilərək Spitak qoyulub.

N.Ramazanlı vaxtilə Qursalıda elmə, təhsilə böyük maraq olduğunu, kəndin orta məktəbində 800-ə yaxın şagirdin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edib ki, hər il məzunların mütləq əksəriyyəti Azərbaycanın ali məktəblərinin tələbəsi adını qazanıb. Lakin erməni millətçilərinin ayrı-seçkiliyi səbəbindən bu cür qabaqcıl təhsil ocağı üçün yeni məktəb binası uzun müddət tikilməyib. Şagirdlər ayrı-ayrı yerlərdə kirayənişin kimi dərs keçmək məcburiyyətində qalıblar. Yeni məktəb binasının tikilməsi barədə SSRİ səviyyəsində qərar qəbul olunduqdan sonra isə Ermənistanın siyasi rəhbərliyi inşaat prosesini məqsədli şəkildə yubadıb.

Ötən əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan N.Ramazanlı 1905-1907-ci illərdə azərbaycanlıların Cəngi kəndində ermənilər tərəfindən tələyə salınmasını, amansızlıqla qətlə yetirilməsini xatırladıb. 1918-ci ilin mart soyqırımında, 1948-1953-cü illərin deportasiyasında Hamamlı sakinlərinin başına gətirilən müsibətlərdən danışıb. Qeyd edib ki, erməni ailələrində uşaqlar türklərə - azərbaycanlılara nifrət ruhunda tərbiyələniblər. Məhz buna görə SSRİ dövründə Qərbi Azərbaycanda ermənilər hər addımda soydaşlarımızı ən müxtəlif təzyiq və təhdidlərə məruz qoyublar. Hətta 1979-cu ildə Qursalı kəndində günün günorta çağı ermənilər azərbaycanlı ailənin 3 üzvünü güllələyib, onlardan ikisinin ölümünə səbəb olublar. 1988-ci il hadisələrində isə Hamamlı və Cəlaloğlunun azərbaycanlı sakinləri erməni vəhşilikləri ilə yanaşı, dekabr ayında baş verən dəhşətli zəlzələ və onun ağır fəsadları ilə də üz-üzə qalıblar. Saral və Qursalının 20 sakini bu dəhşətli zəlzələnin qurbanı olub.

Cəlaloğlu və Hamamlı rayonlarından ümumilikdə 15 min azərbaycanlının deportasiya olunduğunu söyləyən N.Ramazanlı rəhbərlik etdiyi icmada bir araya gələn həmyerlilərinin Qərbi Azərbaycana qayıdış prosesinə dəstək verdiklərini, ata-baba yurdlarına qayıtmaq istədiklərini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri