Qərbi Azərbaycan Xronikası: Vorontsovka rayonu Türk dünyasının ayrılmaz bir hissəsidir | I…
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Vorontsovka Rayon İcmasının sədri Miraslan Bəkirli olub.
O, Qərbi Azərbaycanın Loru mahalından, doğulub boya-başa çatdığı Vorontsovka rayonundan, Cücəkənd kəndindən söhbət açıb.
Bildirib ki, tarixi Azərbaycan torpaqlarında süni şəkildə yaradılan Ermənistan dövlətinin ərazisi sonradan genişləndirilib.
Müxtəlif illərdə bir çox yurd yerlərimiz, o cümlədən Loru mahalı - Dağ Borçalı adlandırılan ərazilər Ermənistanın tərkibinə qatılıb.
Bunun ardınca isə tarixi torpaqlarımızın əzəli adlarına qarşı soyqırımına başlanılıb, toponimlər dəyişdirilib, maddi-mədəniyyət abidələrimiz ya dağıdılaraq məhv edilib, ya da ən müxtəlif üsullarla saxtalaşdırılıb.
Bu siyasət çərçivəsində qədim Alban kilsələri də erməni məbədləri kimi qələmə verilib.
Tam oxu
Xəbəri oxu