Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Qərbi Azərbaycan Xronikası: Vorontsovka rayonu Türk dünyasının ayrılmaz bir hissəsidir

Qərbi Azərbaycan Xronikası: Vorontsovka rayonu Türk dünyasının ayrılmaz bir hissəsidir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Vorontsovka Rayon İcmasının sədri Miraslan Bəkirli olub. O, Qərbi Azərbaycanın Loru mahalından, doğulub boya-başa çatdığı Vorontsovka rayonundan, Cücəkənd kəndindən söhbət açıb.

Bildirib ki, tarixi Azərbaycan torpaqlarında süni şəkildə yaradılan Ermənistan dövlətinin ərazisi sonradan genişləndirilib. Müxtəlif illərdə bir çox yurd yerlərimiz, o cümlədən Loru mahalı - Dağ Borçalı adlandırılan ərazilər Ermənistanın tərkibinə qatılıb. Bunun ardınca isə tarixi torpaqlarımızın əzəli adlarına qarşı soyqırımına başlanılıb, toponimlər dəyişdirilib, maddi-mədəniyyət abidələrimiz ya dağıdılaraq məhv edilib, ya da ən müxtəlif üsullarla saxtalaşdırılıb. Bu siyasət çərçivəsində qədim Alban kilsələri də erməni məbədləri kimi qələmə verilib.

M.Bəkirli Vorontsovkanın Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu diqqətə çatdırıb, Soyuqbulaq kəndi ərazisində əsrlərin yadigarı olan qayaüstü rəsmlərdən, qədim adət-ənənələrdən, toy və yas mərasimlərindən geniş bəhs edib. Bildirib ki, Qafqazdakı bütün faciələr ermənilərin bu regiona köçürülməsindən qaynaqlanır. Hind tarixçisindən sitat gətirən müsahib vurğulayıb ki, oğurluğu həyat tərzi seçən əsilsiz ermənilər Hindistandan qovulub, Qafqaza sürgün ediliblər.

Amma bu coğrafiyaya köçəndən sonra özlərini Qafqazın əbədi sakinləri kimi aparmağa, tarixi saxtalaşdırmağa başlayıblar. Yazıçı-publisist ermənilərin Cənubi Qafqaza köçmə xalq olduğunu hətta onların öz alimlərinin də etiraf etdiyini dilə gətirib. Deyib ki, hayların tarixinin uydurma olduğunu konkret faktlarla sübut edən erməni alimini ASALA terror təşkilatı qətlə yetirib.

M.Bəkirli ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımılardan da danışıb. Bildirib ki, tayqulaq Andranikin dəstəsi Vorontsovka rayonunun bəzi kəndlərinə soxulub, dinc əhalini kütləvi qətlə yetirib. Onun sözlərinə görə, sovet hakimiyyəti illərində ermənilər soydaşlarımızı ata-baba yurdundan didərgin salmaq üçün bütün vasitələrdən istifadə ediblər.

Yazıçı-publisist iki babasının 1937-ci il noyabrın 14-də ermənilər tərəfindən güllələndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 1948-1953-cü illərin deportasiyası əslində Qərbi Azərbaycan türklərinə qarşı törədilən növbəti soyqırımı olub.

O, 1988-1991-ci il hadisələrində erməni millətçilərinin azərbaycanlıları döydüyünü, evlərini yandırdığını, köç karvanlarına silahlı hücumlar etdiyini xatırladıb. Bildirib ki, həmin vaxt ermənilər 90 yaşlı ahıl azərbaycanlı kişini öz evində daş-qalaq edərək qətlə yetiriblər. Yazıçı-publisist etnik təmizləməyə məruz qalan azərbaycanlıların dünyanın müxtəlif ölkələrində məskunlaşdığını qeyd edib.

M.Bəkirli sonda vurğulayıb ki, doğulduğu, yaşadığı yurda qayıtmaq bütün Qərbi azərbaycanlıların haqqıdır. Onun sözlərinə görə, torpağın yaddaşı, babalarımızın narahat ruhları bizi tarixi yurdumuza - Qərbi Azərbaycana mütləq qaytaracaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Vorontsovka rayonu Türk dünyasının ayrılmaz bir hissəsidir"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Fevral 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri