Qərbi Azərbaycanın abidələri: erməniləşdirilmiş Mamu Xatun monastırı AZƏRTAC | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC Qərbi Azərbaycanın (indiki Ermənistan) Alagöz (Ələyəz) rayonunun Teqer (Teğer) kəndində dəniz səviyyəsindən 1650-1700 metr yüksəklikdə yerləşən bu monastır XII-XIII əsrlərdə tikilib.
Mənbələrə görə, monastır Alagöz dağının cənub-şərq yamacında yerləşir və Saltukoğulları bəyliyinin hökmdarı Mamu Xatun tərəfindən inşa etdirilib.
Mamu Xatun xristian dininə qulluq edən bir xanım olub və Anadoludakı Saltukoğlu bəyliklərindən II İzzəddin Saltukun qızı idi.
1191-1200-cü illərdə Mamu Xatun qardaşı Nəsirəddin Məhəmməddən sonra Saltukoğulları bəyliyinə rəhbərlik edib.
Güclü və nüfuzlu bir qadın olan Mamu Xatun İslamı qəbul etdikdən sonra da öz mövqeyini qoruyub.
Ərəb mənbələrində o, “Ərzurumun sahibəsi” kimi qeyd olunur. Bu fikirlər AMEA A.A.
Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Azərbaycanın abidələri: erməniləşdirilmiş Mamu Xatun monastırı” sərlövhəli məqaləsində yer alıb.
Tam oxu
Xəbəri oxu