Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər Qərbi azərbaycanlılara vurulan zərərin ödənilməsi və Ermənistanın bu məsələdə atacağı addımlar yenidən gündəmə gəlib.Maraqlıdır, Ermənistan təzminat ödəmək əvəzində soydaşlarımızın Qərbi Azərbaycana sivil qaydada qayıdışına razılaşa bilərmi?
MÖVZU İLƏ BAĞLI:“Beynəlxalq faktlar Qərbi azərbaycanlıların ata -baba yurdlarına qayıtmasını təsdiqləyir”- Əziz Ələkbərli Mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanın bütün sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan hər vəchlə sülh sazişini imzalamaqdan qaçmağa çalışır: “Bu da gözləniləndir.
Çünki 44 günlük müharibədə lazımi dərs almaqlarına baxmayaraq, Ermənistan, erməni diasporu, erməni kilsəsi və revanşist ermənilər hələ də bu dərsdən nəticə çıxarmayıblar.
Anlamaq istəmirlər ki, 44 gün ərzində onları Azərbaycanın əlindən ala bilməyənlərə ümid bağlamalarının mənası yoxdur.
Çünki hamı bilir ki, Ermənistan haqsızdır, hamı bilir ki, Azərbaycan öz haqqını tələb edir, beynəlxalq hüquqa əsaslanır.
Harada görünüb ki, gəlib kiminsə evinə soxulasan, başqalarına da deyəsən ki, gəlin məni müdafiə edin.
Yəni həmişə olduğu kimi, yenə də ermənilər reallığın yox, öz xülyalarının arxasınca qaçmaqdadırlar”,- o deyib.